Monthly Archives: Октябрь 2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞİD TAHİROV

Стандартный

Rəşid Loğman oğlu Tahirov (31 oktyabr 1989QaradağlıBeyləqan rayonuAzərbaycan SSR — 6 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəşid Tahirov 31 oktyabr 1989-cu ildə Beyləqan rayonunun Qaradağlı kəndində anadan olmuşdur.

Rəşid Tahirov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü  getmiş, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşid Tahirov 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində  qarşı tərəfin artilleriya atəşi nəticəsində şəhid olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QƏLƏNDƏR ALİYEV

Стандартный

Qələndər Nofəl oğlu Alıyev (31 oktyabr 2001Sabunçu rayonuBakıAzərbaycan — 10 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Qələndər Alıyev 31 oktyabr 2001-ci ildə Sabunçu rayonunda anadan olmuşdur. Əslən Borçalının (Gürcüstanın Bolnisi rayonuDarbaz kəndindəndir. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Məktəbini bitirmişdir. Subay idi.

Qələndər Alıyev 2020-ci ilin yanvarın 8-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi.  2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 28 noyabr 2020-ci ildə dəfn olunmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞÖHRƏT ƏLİYEV

Стандартный

Şöhrət Əliyev (30 oktyabr 1999Gəncə – 8 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Əliyev Şöhrət Vətən oğlu 1999-cu ilin oktyabr ayının 30-u Gəncə şəhərində anadan olub. 3 qardaşdan ibarət olan ailənin ortancıl oğlu olub. Gəncə şəhər Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə təhsil almış, sonradan Məşədi Əzizbəyov adına 15 saylı tam orta məktəbdə təhsilini davam etdirmiş və 2015-ci ildə məzun olmuşdur. 2018-ci ilin yanvar ayının 8-dən  2019-cu ilin iyul ayına qədər hərbi xidmətdə olmuşdur.

27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq yazılaraq döyüşlərə yollanıb. 8 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Şəhidin cənazəsi 16 noyabr tarixində ailəsinə təhvil verilərək 17 noyabr tarixində doğulduğu Gencə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAMİQ TAĞIYEV

Стандартный

Ramiq Teymur oğlu Tağıyev (30 oktyabr 1998Lerik rayonuAzərbaycan — 10 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Ramiq Tağıyev 1998-ci il oktyabrın 30-da Lerik rayonunun Kəlvəz kəndində anadan olub. 2004-2015-ci illərdə F. Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Ramiq Tağıyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə «gizir» hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Ramiq Tağıyev 2020-ci il sentyabrın 27-də  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramiq Tağıyev noyabrın 10-da Şuşa döyüşləri zamanı həlak olub. Lerik rayonunun Kəlvəz kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: EMİL FƏTƏLİYEV

Стандартный

Emil Mayis oğlu Fətəliyev (30 oktyabr 1992Qax rayonuAzərbaycan — 22 oktyabr 2020Zəngilan rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu.

Emil Fətəliyev 1992-ci il oktyabrın 30-da Qax rayonunun Qorağan kəndində anadan olub.

 Emil Fətəliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 22-də Zəngilan döyüşlərində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLƏSGƏR CAVADOV

Стандартный

Ələsgər Elxan oğlu Cavadov (29 oktyabr 2000Azərbaycan — 9 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ələsgər Cavadov 29 oktyabr 2000-ci ildə anadan olmuşdur.

 Ələsgər Cavadov 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində MurovdağınCəbrayılınFüzulininXocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GƏRAY SOLTANOV

Стандартный

Gəray Xəlil oğlu Soltanov (29 oktyabr 1993Beyləqan rayonuAzərbaycan — 4 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Gəray Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.[1] Ailəli idi. İki qızı yadigar qaldı.

 Gəray Soltanov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 4-də Füzuli döyüşləri zamanı həlak olub. Beyləqan rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN CEYHUN HÜSEYNOV

Стандартный

Ceyhun Aydın oğlu Həsənov (29 oktyabr 1985ÇeşməliTovuz rayonu — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi.

Ceyhun Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub.1992–2001-ci illərdə Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məкtəbdə, 2001–2003-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə,  2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) «Motoatıcı» ixtisası üzrə  təhsil alıb. Ailəli idi . 2 əkiz oğlu var.

Ceyhun Həsənov 2009–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində,  2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən ı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və elə birinci gün həlak olub. İkinci Fəxri Xiyabanda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD QULİYEV

Стандартный

Fərid Ayazxan oğlu Quliyev (28 oktyabr 1994Cəlilabad rayonuAzərbaycan — 22 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri.

Fərid Quliyev 1994-cü il oktyabrın 28-də Cəlilabad rayonunun Babalı kəndində anadan olub.

 Fərid Quliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 22-də həlak olub. Cəlilabad rayonunun Babalı kəndində dəfn edilib.