Daily Archives: 23.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMAN ƏLİYEV

Стандартный

Elman Rafiq oğlu Əliyev (23 oktyabr 1994MingəçevirAzərbaycan — 20 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri.

Elman Əliyev 1994-cü il oktyabrın 23-də Mingəçevir şəhərində anadan olub.

Azərbaycan Ordusunun baş əsgəri olan Elman Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-də Suqovuşan döyüşləri zamanı həlak olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SÜBHAN CƏBRAYILOV

Стандартный

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983Salyan rayonuAzərbaycan SSR — 19 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri,  Vətən Müharibəsi Qəhrəmanı.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonuFüzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur.

Sübhan Cəbrayılovda daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Sübhan Cəbrayılov və dəstənin bir neçə həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİCAT ŞÜKÜRLÜ

Стандартный

Nicat Ayaz oğlu Şükürlü (23 oktyabr 1991Səbail rayonuAzərbaycan — 11 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub.[1] 1998-2009-cu illərdə Bayıl qəsəbəsində 49 saylı «Intellect» liseyində təhsil alıb. 2014-2019-cu illərdə isə Slavyan Universitetində (BSU) «Beynəlxalq münasibətlər» üzrə ali təhsil alıb. Karate idman növü ilə məşğul olub və Azərbaycan daxili yarışlarda bir sıra nailiyyətlər əldə edib. Subay idi.

Nicat Şükürlü 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 11-də Hadrut döyüşləri zamanı həlak olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NƏRMAN RƏSULOV

Стандартный

Nərman Fəzaim oğlu Rəsulov (23 oktyabr 1993Aşağı BucaqYevlax rayonuAzərbaycan — 16 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nərman Rəsulov 23 oktyabr 1993-cü ildə Yevlax rayonunun Aşağı Bucaq kəndində  doğulmuşdur.  Orta təhsilini 2010-cu ildə bitirən Nərman 2011-ci ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidməti bitirdikdən sonra 2013-cü ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsində mühafizəçi kimi işə başlamışdır. 2016-cı ilə qədər həmin vəzifədə çalışmışdır.

Nərman Rəsulov 20112013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.  2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə həlak olmuşdur.