Daily Archives: 01.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HƏSƏN HƏSƏNOV

Стандартный

Həsən Rəhim oğlu Həsənov (1 oktyabr 1990ŞirvanAzərbaycan SSR — 2 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Həsən Həsənov 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində Rəhim və Məryam Həsənovların ailəsində anadan olub. 1997-2008-ci illərdə 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Qəriyyə Həsənova ilə ailəli idi. Ömər və Camal adında 2 oğlu yadigar qaldı.

Həsən Həsənov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Abşeron rayonunda yerləşən «N» saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

 Həsən Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Şirvan şəhərinin Şəhidlər Xiyabanında ​dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MUSTAFA HÜSEYNOV

Стандартный

Mustafa Ələddin oğlu Hüseynov (1 oktyabr 1996Tovuz rayonuAzərbaycan — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Mustafa Hüseynov 1996-cı il oktyabrın 1-də Tovuz rayonunun Qonaqlı kəndində anadan olub. 2003-2014-cü illərdə Qonaqlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Mustafa Hüseynov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Mustafa Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan SilahlI Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərin birinci günü həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. 15.12.2020-ci il tarixində Tovuz rayonunun Qonaqlı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN ƏHMƏDZADƏ

Стандартный

Elməddin Uğur oğlu Əhmədzadə (1 oktyabr 1994İmişli rayonuAzərbaycan — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elməddin Əhmədzadə 1994-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.  Əslən Füzuli rayonunun Qacar kəndindəndir.

 Elməddin Əhmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birinci günü həlak olub.