Daily Archives: 27.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İBRAHİM ƏSGƏROV

Стандартный

İbrahim Məzahir oğlu Əsgərov (27 oktyabr 1995Beyləqan rayonuAzərbaycan — 3 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İbrahim Əsgərov 27 oktyabr 1995-ci ildə Beyləqan rayonunda anadan olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan İbrahim Əsgərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmiş, 3 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirərkən həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏSƏD İSGƏNDƏROV

Стандартный

Əsəd Bəybala oğlu İsgəndərov (27 oktyabr 1990Göygöl rayonuAzərbaycan SSR — 2 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Əsəd İsgəndərov 1990-cı il oktyabrın 27-də Xanlar rayonunun Topalhəsənli kəndində anadan olub.

Əsəd İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.. Oktyabrın 2-də həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN ARZU İSGƏNDƏROV

Стандартный

Arzu Seymur oğlu İsgəndərov (27 oktyabr 1988ZəyəmŞəmkir rayonuAzərbaycan SSR — 13 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Arzu İsgəndərov 1988-ci il oktyabrın 27-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olub. 1994–2002-ci illərdə Zəyəm qəsəbə tam orta məktəbində, 2003–2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Aylin və Arzum adlı iki qızı yadigar qaldı.

Arzu İsgəndərov 2010-cu ildə Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2010–2011-ci illərdəTərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə taqım komandiri, 2011–2013-cü illərdə  Bərdə rayonunda yerləşən » hərbi hissədə bölmə rəisi, 2013–2015-ci illərdə  Goranboy rayonunda yerləşən  hərbi hissədə bölmə rəisi, 2015–2018-ci illərdə  Ağdam rayonunda yerləşən hərbi hissədə bölmə rəisi, 2015–2018-ci illərdə isə Füzuli rayonunda yerləşən «N» saylı hərbi hissədə bölmə rəisi kimi xidmət edib. 2020-ci ilin avqust ayından isə Bakı korpusuna AİS rəisi vəzifəsinə təyinat alıb.  2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.

 Arzu İsgəndərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Arzu İsgəndərov noyabrın 13-də Xocavənd rayonu istiqamətində minaya düşməsi nəticəsində həlak  olub. Şəmkir rayonunda dəfn edilib.