Monthly Archives: Июль 2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏVDİL QULİYEV

Стандартный

Əvdil Quliyev (31 iyul 1972TəzəkəndBeyləqanAzərbaycan — 6 noyabr 2020ŞuşakəndXocalıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 1980-ci ildə Təzəkənd orta məktəbinin birinci sinifinə gedib. Məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə.Quliyev Tovuzda yerləşən «N» saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 2000-ci ildə baş leytenant rütbəsi ilə xidmətini başa vurub. 2018-ci ildən etibarən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində «Gənclərin çağırışaqədərki hazırlığı» fənninin tədrisi ilə məşğul olub.

2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladıqdan sonra oktyabrın 1-də SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən xidmətə çağırılıb. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə həlak olub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AMİN GÜLMƏMMƏDOV

Стандартный

Amin Mayis oğlu Gülməmmədov (31 iyul 1995Saltaq (Culfa) – 4 noyabr 2020Xocavənd ) – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.  Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Bununla o,  Qarabağ döyüşlərində də fərqlənib. Füzulidən Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir. FüzulininHadrutunCəbrayılınXocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub qəhrəmancasına həlak olmuşdur. Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn edilmişdir.

2017-cü ildə  hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir. 2020-ci ildə baş leytenant rütbəsini almışdır.  Amin Gülməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

QARABAĞDA HƏLAK OLANLAR: MAYOR ƏHMƏD ABDULLAYEV

Стандартный

Abdullayev Əhməd Hüseynağa oğlu (30 iyul 1976Cəlilabad – 4 sentyabr 2010Tərtər) — Azərbaycan zabiti, mayor.

Abdullayev Əhməd Hüseynağa oğlu 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda, ziyalı ailəsində anadan olub.

1983-cü ildə Cəlilabad rayon, 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib.

1992-ci ildə təhsilini davam etdirmək məqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib.

Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə ) keçirilən hərbi təlimlərdə iştirak edib.

2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb.

2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAHİN FƏTƏLİYEV

Стандартный

Şahin Şamxal oğlu Fətaliyev (30 iyul 1999BolsuluBeyləqan rayonuAzərbaycan — 30 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Şahin Fətaliyev 30 iyul 1999-cu ildə Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olmuşdur. Ailəli idi, 2020-ci il təvəllüdlü Zəhra adlı qızı var.

Orta təhsilini aldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanan Fətaliyev hərbi xidmət müddəti bitdikdən sonra 2-ci Ordu Korpusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Şahin Fətaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Şahin Fətaliyev 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAMAL MƏMMƏDOV

Стандартный

Kamal Şamil oğlu Məmmədov (30 iyul 1998QullarBalakən rayonu — 16 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub.

2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi.

Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı həlak olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZAUR İSMAYILZADƏ

Стандартный

Zaur Nizami oğlu İsmayılzadə (29 iyul 1995Lənkəran rayonuAzərbaycan — 9 oktyabr 2020Füzuli

Zaur İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub.  Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Zaur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zaur İsmayılzadə oktyabrın 9-da Füzuli döyüşləri zamanı həlak olub. Lənkəran rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏNSUR AĞAYEV

Стандартный

Mənsur Ağayev (tam adı: Mənsur Ağa oğlu Ağayev; 29 iyun 1994HacıqabulAzərbaycan — 9 noyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mənsur Ağayev 1994-ci il iyunun 29-da Hacıqabul rayonunun padar qəsəbəsində anadan olub.

Mənsur Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Mənsur Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Mənsur Ağayev noyabrın 09-da Şuşada həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAMİR ABDULLAYEV

Стандартный

Samir İlham oğlu Abdullayev (28 iyul 1998GəncəAzərbaycan — 25 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Samir Abdullayev 28 iyul 1998-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2016-cı ildə Gəncə şəhər 37 nömrəli tam orta məktəbi bitirmişdir.

Samir Abdullayev 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.

2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Samir Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Abdullaye 25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 28 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAMİL PAŞAYEV

Стандартный

Ramil Şakir oğlu Paşayev (28 iyul 1994Bərdə rayonuAzərbaycan — 27 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Ramil Paşayev 1994-cü il iyulun 28-də Bərdə rayonunun Əyricə kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramil Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Paşayev oktyabrın 27-də Ağdərə istiqamətində həlak olub.

VƏTƏN MÜHARİDƏSİNDƏ HƏLAK OLANLAR: ƏHMƏD LAÇINOV

Стандартный

Əhməd Qurban oğlu Laçınov (28 iyul 1999Yuxarı ÇardaxlarZaqatala rayonu — 3 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əhməd Laçınov 1999-cu il iyulun 28-də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub.

2004-2013-cü illərdə R.Muradov adına Yuxarı Çardaxlar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Subay idi.

Əhməd Laçınov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Əhməd Laçınov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı MurovdağCəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Əhməd Laçınov oktyabrın 3-də Füzuli döyüşləri zamanı həlak olub. Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində torpağa tapşırılıb.