Daily Archives: 22.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜQAR VƏLİYEV

Стандартный

Vüqar Emin oğlu Vəliyev (22 oktyabr 1995RzalarAğdam rayonu — 17 oktyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olmuşdur. 2002-ci ildə Ağdam rayon Rzalar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2013-2017-ci ill’rd’ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdır.

2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında müvəffəqiyyətlə iştirak etmiş və Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbinə idman müəllimi kimi qəbul olmuşdur.

2017-2018-ci illərdə həqiqi hərbi xidmətə olmuşdur. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə iştirak etmiş,. 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında  həlak  olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT KƏNAN MƏMMƏDOV

Стандартный

Kənan Niftalı oğlu Məmmədov (22 oktyabr 1993Ucar rayonuAzərbaycan — 30 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Kənan Məmmədov 1993-cü il oktyabrın 22-də Ucar rayonunun Alpout kəndində anadan olub.[1] 2013-2017-ci illərdə Bakı Dövlət Universitetində (BDU) «Fiologiya» üzrə ali təhsil alıb. Ailəli idi. 

 Kənan Məmmədov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. sentyabrın 30-da həlak olub. Ucar rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BƏYBALA ƏLİYEV

Стандартный

Bəybala Fazil oğlu Əliyev (22 oktyabr 1996SəbətkeçməzGədəbəy rayonuAzərbaycan — 2 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin matrosu. 

Bəybala Əliyev 1996-cı il oktyabrın 22-də Gədəbəy rayonunun Səbətkeçməz kəndində anadan olub.[1] 2002-2013-cü illərdə Səbətkeçməz kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Bəybala Əliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi hərbi xidmətdə olub. 2016-cı ildən isə  matros hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Bəybala Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. oktyabrın 2-də həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gədəbəy rayonunun Səbətkeçməz kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BƏŞİR ABBASOV

Стандартный

Bəşir Nizami oğlu Abbasov (22 oktyabr 1998Quba rayonuAzərbaycan — 8 oktyabr 2020AlxanlıFüzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Bəşir Abbasov 22 oktyabr 1998-ci ildə Quba rayonunda anadan olmuşdur.  Hacıbaba Əliyev adına Qusar rayon 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.

Bəşir Abbasov 2016-2017-ci illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Sonra müddətdən artıq hərbi xidmətçi kimi Xüsusi Təyinatlı Qüvvələrin Qusar rayonunda yerləşən «N» saylı hərbi hissəsində qulluq etmişdir.

 Bəşir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  8 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.