Daily Archives: 07.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XƏZƏR RƏSULOV

Стандартный

Xəzər Mail oğlu Rəsulov (7 oktyabr 1987Yevlax rayonuAzərbaycan SSR — 8 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Xəzər Rəsulov 1987-ci il oktyabrın 7-də Yevlax rayonunun Xanabad kəndində anadan olub.

 Xəzər Rəsulov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də Ağdərə istiqamətində həlak olub. Yevlax rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT ƏMRULLA ƏLİYEV

Стандартный

Əmirulla Vahid oğlu Əliyev (7 oktyabr 1996ŞamaxıAzərbaycan — 28 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Əmirulla Əliyev 1996-cı il oktyabrın 7-də Şamaxı şəhərində anadan olub.  2003-2011-ci illərdə Sabunçu rayonunun 67 nömrəli tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Əmirulla Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinində xidmət edirdi.

Leytenant Əmirulla Əliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 28-də həlak olub. Suraxanı rayonunda dəfn edilib.