Daily Archives: 08.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN ƏFƏNDİYEV

Стандартный

Nurlan Mürvət oğlu Əfəndiyev (8 oktyabr 1995XalxalqışlaqOğuz rayonu – 6 oktyabr 2020MurovdağKəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Nurlan Əfəndiyev 2014-2015-ci illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində iştirak edib. Oktyabrın 6-da Murovdağ döyüşlərində həlak olmuşdur. Nurlan Əfəndiyev oktyabrın 7-də Xalxalqışlaq kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT RAMİN BAYRAMOV

Стандартный

Ramin Hüseynağa oğlu Bayramov (8 oktyabr 1979AlarCəlilabad rayonuAzərbaycan SSRSSRİ — 10 noyabr 2020QubadlıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Ramin Bayramov 8 oktyabr 1979-cu ildə Cəlilabad rayonunun Alar kəndində doğulmuşdur. 19861996-cı illərdə Alar kənd 2 saylı orta məktəbdə təhsil almışdır. 1996-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olmuş, 2000-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurduqdan sonra 3 ay hərbi təlim-məşq keçərək leytenant rütbəsi almışdır. 20052006-cı illərdə hərbi xidmət qulluqçusu olan Ramin Bayramov bu müddətdə baş leytenant rütbəsi almış və ehtiyata buraxılmışdır.

 Ramin Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində FüzulininCəbrayılınZəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 10 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Noyabrın 11-də Cəlilabad rayonunun Alar kəndində torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR HÜSEYNOV

Стандартный

Anar Hüseyn oğlu Hüseynov (8 oktyabr 1982Tovuz rayonuAzərbaycan SSR — 28 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Anar Hüseynov 1982-ci il oktyabrın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 1988-1999-cu illərdə Q. Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı.

Anar Hüseynov 2000-2002-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak edib.

 Anar Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və . Anar Hüseynov sentyabrın 28-də həlak olub. Tovuz rayonunun Əlibəyli kəndindədəfn edilib.