Monthly Archives: Декабрь 2021

QURBAN MƏMMƏDLİ: HÜQUQŞÜNAS YA MANİPULYATOR?

Стандартный

Qurban Məmmədov neçə aydır ki, “Tərtər işi”ndə zərər çəkənlərin hüququnun müdafiəsi üçün çalışır və etiraf etmək lazımdır ki, sarsılmaz inadıyla ölkə rəhbərliyinin ağrılı qabarını elə ayaqlayıb ki, rejim fövqəladə gönüqalınlığına baxmayaraq reaksiya verməyə məcbur olub.

Təəssüf ki, bütövlükdə bu vacib işi görən adam özü lotu və bütün lotular kimi manipulyatordur. Manipulyasiyalar çoxçeşidlidir – aktoyr fəndləri, pafoslu monoloqlar, bəzən isteriyaya keçən monoloqlar, şəxsi bioqrafiyadan olan faktların dəyişdirilmiş şəkildə təqdimi, saxta rəqəmlər, saxta tarixlər… “Mən qırx il vəkil işləmişəm… Uğurlu vəkl olmuşam… Milyonlar qazanmışam… Qanunla…”

Sabirabadda iki-üç il vəkil olub. Sabirabadda nə məhkəmə, nə vəkil, nə qanun? Sabirabadı tanıyan var? Sabirbadda indi də məhkəmə yoxdur. Sovet vaxtı orda nə məhkəmə ola bilərdi? Vəkil – vasitəçi, dəllal idi. Hakiminkini ver, müstəntiqinkini ver, prokurorunkunu ver, işin düzəlsin. Sabirabadda nə hüquq?

“Din, qeyrət, namus, şərəf…” – Qurban Məmmədov özünü Fidel Kastroya oxşadaraq bu sözlərlə elə haqyıqır ki, deyirsən indi televizorun ekranı çatlayacaq.

Din, qeyrət, namus, şərəf – bunlar hüquq kateqoriyaları deyil. Qetrəti, namusu hərə bir cür başa düşür. Analarını bacılarını, arvadlarını bıçaqlayan, baltalayan kişilərin də qeyrət barədə öz təsəvvürləri var. Sonra bu “qeyrətli” kişiləri on-on beş il türmədə yıxıb- sürüyürlər,bu qeyrətli kişi on on-beş il ərzində yüzlərlə özü kimi qeyrətli kişinin gözü qabağında şalvarını aşağı çəkib bayıra çıxmağa məcburdur…

Qurban Məmmədov tez tez “mən hüquqşünasam” deyir. Diplomu var, ortabab biliyi də. Ortabab, bundan artıq yox. Ancaq Azərbaycan hequqşünaslarının çoxunun bu səviyyədə də biliyi yoxdur. Təfəkkür baxımından, düşüncə tərzi baxımından isə Qurban Məmmədov hüquqçu yox, manipulyatordur. Onun düşüncə tərzi qanundan çox rusların “po ponyatiyam” deyilən şeyə yaxındır. O yerdə ki, qanun, hüquq norması ona sərf eləmir, Qurban Məmmədov dərhal “din, qeyrət, namus” deyib fəryad qoparır.

Mən burda Qurban Məmmədovun qadınlara münasibətinə toxunmaq istəyirəm.

Qurban Məmmədov siyasi mübarizdir. Bütün siyasi mübarizlərin ailəsi yanında olur. Arvadları, qıızları. Siz Qurban Məmmədoun yanında onun ailə üzvlərindən kimisə gömüsünüz? Onu hətta qadının dünyaya gətirməyi də şübhə doğurur. “Mən Cəlal müəllimin oğluyam”. Sanki Qurban bəyi Cəlal müəllim həm əkib, həm də bətnində gəzdirib və dünyaya gətirib.

Qadına münasibətdə Qurban Məmmədov təməlçi islamçıdır. Quran doğrudan da qadını kişidən aşağı sayır. Beləliklə Qurban Məmmədov seçməlidir: sən ya hüquqçusan ya da dinçi. Lətifədə olduğu kimi: “Müsəlmansan, çaxır niyə içirsən, xristiansan, xaça nirə …çırsan”.  Çünki islamla anqlo-sakson hüquq sistemi, insan haqları üzrə İkinci dünya müharibəsindən yaranmış sistemli baxış uyğun gəlmir. Quran ərə arabir arvadını kötəkləməyi tövsiyə edir. Bu, hüquq anlayışına və normalarına ziddir. Yəni Qurban Məmmədli düşüncə tərzü ilə hətta mötədil müsəlman da deyil, o daha çox talibana, xomeyni şiizminə yaxındır. Qurban Məmmədli üçün ictimai fəallığı olan, öz şəxsiyyət müstəqilliyinin müdafiəsinə qalxan qadın yüngül əxlaqlı qadındır.

Qurban Məmmədov Cəmil Həsəlinin dövlət tərəfindən aqressiyaya məruz qalmış qızını çəkinmədən minlərlə adamın qarşısında “fahişə” adlandırır. Elə buna görə bu “hüquqşünası” gərək Britaniya hökuməti iyirmi dörd saat ərzində ölkədən qovaydı – Bakıya da yox, Naxçıvana…

Efirindəki qadınlar Qurban Məmmədov üçün alətdir – Validə ana, Rəvanə, Gülnarə Hüseynova. Gülnarə Hüseynovaya verilən işgncədən guya dəhşətə gəlmiş bu adam bu gəlinin loyallığından şübhələnsə, onu da “fahişə” adlandırar. Buna şübhəniz olmasın. Qardaşı Sərdar kimi Qurban da bütün Azərbaycan qadınlarını iki yerə bölür: fahişələr və fahişə olmayanlar. Geyim, danışıq, hərəkət, düşüncə tərzini bəyənmədiyi hər qadına “fahişə” deyən bu insana hüquqçu demək olarmı?

Validə ana, Rəvanə, Gülnarə və başqa qadınlar Qurban üçün alətdirlər. Qurban Məmmədovun Bakıda yəqin ki çoxlu qadın qohumları qalır. Niyə onların birini Validə anaya qoşmur? Başqa qadınlara komanda verir:  “Ora gedin, bura gedin, onunla görtüşün, bununla görüşün…”  Öz arvadı, qızı hardadır? Biləsuvarlı zərərçəkmiş əsgərin anasını çox yondəmsiz, heyvərə söhbətə tutan, “sizə qonaq gəlirik”, hinduşka qızart” deyib qadını çaşdıran, pərt edən bu Qurban niyə öz evinin qapısını açmır? Öz qapısı elə bağldır ki, onun ailəsində qadınların olmağı şübhə doğurur, sanki o da atası kimi öz uşaqlarını özü dünyaya gətirib…

Çox təəssüf ki, “Tərtər işi” kimi fövqəladə vacib işdə rejimi tərpətmək, ondan reaksiyaya nail molmaq üçün gedən mübarizədə Qurban Məmmədovdan effektlisi yoxdur. Qalanları ondan savadsızdır, ondan səriştəsizdir ya da elə onun kimi həlləm-qəlləmdir. İndiki halda Qurban Məmmədovun gördüyü işin müsbət tərəflərin görməkə bərabər bu tip adamların, yəni Qurban və Sərdar Cəlaloğlu kimi adamların necə təhlükəli olduğunu da görməliyik. Bu tip adamlar hakimiyyətdə Əliyevçilikdən də təhlükəlidir. Bunlar özlərini demokrat adlandırırlar, ancaq qadın hüquqlarını, gender bərabərliyini tanımırlar. Ölkə əhalisinin yarıdan çoxunun hüququnu tanımayan insanlara necə demokrat demək olar?

Mirzə ƏLİL

P.S. Əgər Qurban Məmmədov doğrudan da «əsl müsəlman»dırsa, niyə gedib oturub Londonda, Britaniya vergiverənlərinin çörəyini yeyir? Niyə bu cənab gedib çoxsaylı İslam dövlətlərinin birindən sığınacaq almayıb? Məsələn, Naxçıvanın iki addımlığında olan İrandan…

31. 12. 2021, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TOĞRUL BAYRAM OĞLU ABBASOV

Стандартный

Toğrul Bayram oğlu Abbasov (31 dekabr 1990Ağcabədi rayonuAzərbaycan SSR — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Toğrul Abbasov 1990-cı il dekabrın 31-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub.

Toğrul Abbasov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə idi.

Toğrul Abbasov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Toğrul Abbasov sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Ağcabədi rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: 18 YAŞLI NAMİQ QULİYEV

Стандартный

Namiq Natiq oğlu Quliyev (31 dekabr 2001Sumqayıt – 28 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin məzunu.

Namiq Quliyev 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində anadan olub. Vətən müharibəsində iştirak edib. 28 sentyabr 2020-ci ildə 18 yaşında həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KƏRİM HÜSEYNOV

Стандартный

Kərim Hüseynov (tam adı: Kərim Tərlan oğlu Hüseynov; 30 dekabr 1989QusarAzərbaycan — 14 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Kərim Hüseynov 1989-cu il dekabrın 30-da Qusar rayonunun Piral kəndində anadan olub.[1] Ailəli və 2 övlad atası idi.

Kərim Hüseynov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 14-də həlak olub. 

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAMİR MURADOV

Стандартный

Samir Muradov Tahir oğlu (30 dekabr 1995Siyəzən, — 22 oktyabr 2020Xocavənd_rayonu,Ərgünəş_(dağ)ı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Muradov Samir Tahir oğlu 30 dekabr 1995-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. 2013-ci ildə Siyəzən rayonu 3 saylı tam orta məktəbinibitirmişdir. 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini bitirmişdir.

Samir Muradov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulidə,,Cəbrayılda,_Hadrutda, Xocavənddə gedən döyüşlərdə iştirak edib. Oktyabrin 22-də həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT MURAD İBADOV

Стандартный

Murad Yusif oğlu İbadov (29 dekabr 1993Qobustan rayonuAzərbaycan — 16 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Murad İbadov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.  2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak edib.

Murad İbadov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşub.  Oktyabrın 15-də Ağdərə istiqamətində zamanı həlak olub. Qobustan rayonunun Cəyirli kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAMİQ QULİYEV

Стандартный

Namiq Natiq oğlu Quliyev (29 dekabr 1994BakıAzərbaycan — 8 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Namiq Quliyev 1994-cü il dekabrın 29-da Bakı şəhərində anadan olub.  Ailənin yeganə övladı idi. 1996-cı ildə  Quliyevlər ailəsi Moldovanın Kişinyov şəhərində yaşamağa başlayırlar. 2000-ci ildə Kişinyov şəhərində N. Qoqol adına Liseyin birinci sinfinə qəbul olan Namiq Quliyev, 2005-ci ilə qədər orada təhsil alıb. 2005-ci ildə Gülarə Quliyeva oğlunu məhz Azərbaycanlı ruhunda böyütmək istədiyindən onunla birgə Moldovadan Azərbaycana qayıtmaq qərarına gəlir.  Namiq Quliyev təhsilini 2 nömrəli Texniкi Humanitar Liseydə davam edib və 8-ci sinfə qədər burada təhsil alıb. 9-11-ci siniflərdə Zərifə Əliyeva adına Liseydə təhsil alıb və 2012-ci ildə məzun olub. 2012-ci ildə M.V.Lomonosov adına Mosкva Dövlət Universitetinin «Tətbiqi Riyaziyyat» faкultəsinə daxil olan Namiq Quliyev, 2016-cı ildə «Kompyuter elmləri» ixtisası üzrə ali təhsilini başa vurub. Hərbi xidmətini başa vurduğdan sonra «Uber» və «Simbrella» firmalarında çalışıb. Subay idi. Read the rest of this entry

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SÜBHİ MİRZƏYEV

Стандартный

Sübhi Balamirzə oğlu Mürsəliyev (28 dekabr 1979İsmayıllıAzərbaycan — 30 sentyabr 2020TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub.

Mayor Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  iştirak edib. Sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı həlak olub. İsmayıllı rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR? İLQAR KAZIMOV

Стандартный

İlqar Nazim oğlu Kazımov (28 dekabr 1996GədəbəyAzərbaycan — 9 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İlqar Kazımov 1996-cı il dekabrın 28-də Gədəbəy şəhərində anadan olub.  2003-2012-ci illərdə Gəncə şəhərində 17 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-2020-ci illərdə isə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Liseyində təhsil alıb. Subay idi.

İlqar Kazımov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı FüzulininHadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə  iştirak edib.  Noyabrın 9-da Şuşa döyüşləri zamanı həlak olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAİQ MƏMMƏDOV

Стандартный

Şaiq Şükür oğlu Məmmədov (d. 26 dekabr 1999Gəncə – ö. 9 noyabr2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Şaiq Məmmədov 26 dekabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, noyabrın 9-da Şuşanın Daşaltı kəndi istiqamətində həlak olmuşdur.