Azərbaycanın Penitensiar Xidməti dustaq Saleh Rüstəmovun səhhəti barədə sosial şəbəkələrdə yayılan yalan və iftiraları təkzib etmişdir. Xidmətiun açıqlamasında deyilir ki, möhtərəm prezidentin tapşırığı ilə Saleh Rüstəmovun həyat şəraiti daim yaxşılaşdırılır və indi milli məclis deputatının və nazirin şəraiti səviyyəsindədir. Bu günlərdə Saleh Rüstəmovun öz arzusu ilə onun dolabının üstündə milli öndərin büstü qoyulub. Başının üstündən möhtərəm prezidentin və birinci xanımın şəkilləri asılıb. Saleh Rüstəmovun vaxtının şən keçməsi üçün onun qarşısında incəsənət ustaları çıxış edirlər. Qürurla demək istəyirik ki, SSRİ, Azrbaycan SSR və Ermənistan SSR xalq artisti Zeynəb Xanlarova şəxsən Saleh Rüstəmov üçün konsert proqramı ilə çıxış edib. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu söz verib ki, yaxın günlərdə Alla Puqaçova ilə birlikdə Bakıya gəlib Salh Rüstəmov üçün rus mahnılarını duetlə oxusunlar. Azərbyacanın görkəmli alimləri Saleh Rstəovun qarşısında analoqu olmayam elmi məruzələrlə çıxış edirlər. Dövrümüzün ən görkəml jurnalisti, mərhum akademik Cəlal Əliyevin yaxın dostu Mirşahin “Azərbaycanda demokratiyası və mətbuat” mövzusunda Saleh Rüstəmovla seminar keçirib. Bu seminarda başqa görkəmli jurnalistlər də, o cümlədən Aynur Camal qızı da iştirak edib və Saleh Rüstəmovun dolabın üstünə, milli öndərin büstünün qabağına gül dəstəsi qoyub.
Rusiya prezidenti Putin hər gün Saleh Rüstəmovun vəziyyəti ilə maraqlanır, bir neçə dəfə Skypevasitəsi ilə şəxsən onunla əlaqə saxlayıb. Saleh Rüstəmovun şəraitini Putin çox bəyənib və deyib ki, bele bir şəraiti Rusiyada Navalnı üçün də yaradacaq. Hazırda heykəltaraşlar Putinin mərhum atasının büstünü yaradırlar ki, türmədə Navalnının dolabının üstünə qoyulsun…
Azərbaycanın Penitensiar xidməti hər bir Azərbaycan vətəndaşı üçün belə gözəl şərait yaratmağa hazır olduğunu bildirib…
Mirzə ƏLİL
09.12. 2021, Samara
Для отправки комментария необходимо войти на сайт.