Daily Archives: 04.12.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN QULİYEV

Стандартный

Nurlan Şükür oğlu Quliyev (4 dekabr 1995Ağcabədi rayonuAzərbaycan — 1 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nurlan Quliyev 1995-ci il dekabrın 4-də Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub.

Nurlan Quliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Noyabrın 1-də Şuşa döyüşləri zamanı həlak olub. Ağcabədi rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ÜLVİ AZAYEV

Стандартный

Ülvi Maqsud oğlu Azayev (4 dekabr 2001Kürdəmir rayonuAzərbaycan — 2 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ülvi Azayev 2001-ci il dekabrın 4-də Kürdəmir rayonunun Ərəb Qubalı kəndində anadan olub.

2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olan  Ülvi Azayev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də Ağdərə istiqamətində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLİ MƏMMƏDOV

Стандартный

Əli Abbas oğlu Məmmədov (6 dekabr 1997MaxtaŞərur rayonu — 23 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri.

Əli Məmmədov 6 dekabr 1997-ci ildə Şərur rayonunun Maxta kəndində dünyaya göz açmışdır.O, 2019-cu ildə hərbi xidmətə yollanmış, 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq orduda xidmətini davam etdirmişdir.

Ailəli idi.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin,CəbrayılınHadrut və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı həlak olmuşdur.