Monthly Archives: Апрель 2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BEYRƏK FEZULLAYEV

Стандартный

Beyrək Seyfullah oğlu Fezullayev (30 aprel 1997;Baş DaşağılOğuzAzərbaycan — 4 oktyabr 2020FüzuliCəbrayılAzərbaycan) — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri.

Beyrək Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub. 2003-cü ilə Malıx əsas məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinifi davam etdirib. 2014-cü ildə həmin məktəbi bitirib. Subay idi.

Beyrək Fezullayev 2015-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və «qırmızı beret» sertifikatını qazanıb.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı FüzuliCəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. Sadəcə süngü-bıçaq ilə onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə təxminən 02:00, 03:00 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib,[1] süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi. Beyrək 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına həlak olub. Beyrək Fezullayev 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AYXAN QƏDİMOV

Стандартный

Ayxan Fikrət oğlu Qədimov (30 aprel 1999MorulŞəmkir rayonu – 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ayxan Qədimov 1999-cu il aprelin 30-da Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Ayxan Qədimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Bir çox hərbi əməliyyatlarda vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən  Ayxan Qədimov döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Onun nəşi 30 noyabr 2020-ci ildə tapılmış və Şəmkir rayonunun Morul kəndində torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SALEH AĞAYEV

Стандартный

Saleh Nurəddin oğlu Ağayev (30 aprel 1992Biləsuvar rayonuAzərbaycan — 6 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Saleh Ağayev 1992-ci il aprelin 30-da Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik giziri olan Saleh Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Saleh Ağayev oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı həlak olub. Biləsuvar rayonunun Günəşli kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAMİQ MAİLOV

Стандартный

Namiq Abış oğlu Mailov (29 aprel 1983; Biləsuvar rayonuAzərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, tank bölüyünün komandiri.

Namiq Mailov 1983-cü ildə Biləsuvar rayonunda anadan olub. 2007-ci ildə hərbi məktəbdə gizirliyi oxuyub, tank komandiri kursunu bitirərək Naxçıvana yola düşüb. Ailəli idi, iki oğlan övladı var.

2011-ci ildə könüllü olaraq Füzuli rayonuna tank taboruna göndərilib. 2015-ci ildə nümunəvi xidmətini nəzərə alaraq zabit kurslarına göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsi ilə bölük komandiri kimi döyüşlərdə iştirak edərək yaralanır. Aprelin 3-də yaralanmasına baxmayaraq qısa bir zamanda sağalaraq yenidən xidmətə qayıdır. Aprel döyüşləri veteranı idi. 27 sentyabrda başlayan döyüşlər zamanı bölük komandiri idi. Sentyabrın 27-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qorxmadan düşmənin üzərinə atılaraq düşmənin ön cəbhə xəttini yaran Namiq Mailov düşmənin bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir. Füzuli istiqamətində bir neçə kənd irələdikdən sonra gedən şiddətli döyüşlərdə canına bərabər tutduğu tankı ilə birlikdə qəhramancasına həlak olur. Namiq Mailov oktyabrın 4-də doğulduğu Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OANLAR: AĞALİ AĞAYEV

Стандартный

Ağali Tağı oğlu Ağayev (29 aprel 1995Siyəzən rayonuAzərbaycan — 26 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Ağali Ağayev 1995-ci il aprelin 29-da Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2001-2012-ci illərdə Siyəzən şəhərində N. Əsədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb.

Ağali Ağayev 2013-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə «gizir» hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Ağali Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininQubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağali Ağayev oktyabrın 26-da Xocavənd döyüşləri zamanı həlak olub. Siyəzən rayonunun Balaca Həmyə  kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN RƏHİMLİ

Стандартный

Orxan Rəşid oğlu Rəhimli (28 aprel 1994XaçmazOğuz rayonu – 16 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orxan Rəhimli 1994-cü il aprelin 28-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000-2011-ci illərdə M. F. Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) «Dağ mədən mühəndisliyi» üzrə ali təhsil alıb. Subay idi.


Orxan Rəhimli 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı bir neçə dəfə yaralansa da, döyüşməyə davam edib. Orxan Rəhimli noyabrın 8-də ŞuşaXankəndi istiqamətində həlak olub. Noyabrın 16-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: FÜZULİ SALAHOV

Стандартный

Fizuli Salahov (28 aprel 1978Dəvəçi rayonu – 13 dekabr 2017Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu. 

Fizuli Süleyman oğlu Salahov 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib. 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal təqdim edilib. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən həlak olub. 

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN BAĞIROV

Стандартный

Elçin Fərhad oğlu Bağırov (27 aprel 1989SarıhacılıAğdam rayonu – 1 oktyabr 2020TalışTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Elçin Bağırov 1989-cu il aprelin 27-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Ailəli idi. Dörd övladı yadigar qaldı.

Elçin Bağırov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.

Azərbaycan Ordusunun kiçik çavuş olan Elçin Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Bağırov oktyabrın 1-də Talış istiqamətində həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. 20.12.2020-ci ildə tarixində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZÜLFÜQAR FƏRƏCOV

Стандартный

Zülfüqar Müseyib oğlu Fərəcov (27 aprel 1977XocavəndAzərbaycan SSR — 28 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Zülfüqar Fərəcov 1977-ci il aprelin 27-də Xocavənd rayonunun Əmiranlar kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.

Zülfüqar Fərəcov 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Zülfüqar Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zülfüqar Fərəcov sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELGÜN MURADOV

Стандартный

Elgün Muradov (tam adı: Elgün Etibar oğlu Muradov; 26 aprel 1998DaşlıyataqŞabran rayonuAzərbaycan — 28 oktyabr 2020PirmahmudluFüzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elgün Muradov 26 aprel 1998-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində anadan olmuşdur.[1] 2004-cü ildə Şabran rayonu Ağalıq kəndində şəhid Elman Mütəllimov adına məktəbin birinci sinfinə daxil olmuşdur. Təhsilini Abşeron rayon Masazır kənd 3 saylı orta məktəbdə davam etdirmişdir. 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. 20162017-ci illərdə «N» saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. Həqiqi hərbi xidməti fəxri fərman və təşəkkürnamələrlə başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ildə təhsil aldığı kolleci «maliyyə işi» ixtisası üzrə bitirmişdir.

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Elgün Muradov adını könüllülər sırasına yazdırmışdır. 29 sentyabr 2020-ci ildə Vətən Müharibəsinə çağırılmışdır. Könüllü əsgər Elgün Muradov CəbrayılınFüzulininHadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və fəal iştirak etmişdir. 28 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirmahmudlu kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. 30 oktyabr 2020-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində dəfn edilmişdir.