Daily Archives: 22.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏNLƏR: QORXMAZ SALAMOV

Стандартный

Qorxmaz Salamov

Qorxmaz Bayram oğlu Salamov (22 aprel 1996Şəki rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Qorxmaz Salamov 1996-cı il aprelin 22-də Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Qorxmaz Salamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qorxmaz Salamov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı itkin düşüb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜSAL ALLAHYAROV

Стандартный

Vüsal_Allahyarov_(DİN_DQ)

Vüsal Şakir oğlu Allahyarov (22 aprel 1988SumqayıtAzərbaycan SSR — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu.

Vüsal Allahyarov 1988-ci il aprelin 22-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüsal Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüsal Allahyarov noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.