
Ümüd Radif oğlu Xəncəlov (10 aprel 1994; Qusar rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Ümüd Xəncəlov 1994-cü il aprelin 10-da Qusar rayonunun Hil kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ümüd Xəncəlovun ailədə üç bacısı və bir qardaşı olub. Ümüd Xəncəlov ailənin sonbeşiyi idi. 2001-2012-ci illərdə K. Kərimov adına Hil kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Ulyana adında bir qızı və Ömər adında bir oğlu yadigar qaldı.
Müddətli həqiqi hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. Kəşfiyyatçı olan Ümüd Xəncəlov əvvəlcə Hacı Zeynalabdin qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə 6 ay təlim aldı, sonra isə Qusar rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətə başladı.
Ümüd Xəncəlov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl—Füzuli istiqamətlərində başlanan döyüşlərdə iştirak edib.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.