Daily Archives: 20.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NATİQ ŞIXMƏMMƏDOV

Стандартный

Natiq_Şıxməmmədov

Natiq Zakir oğlu Şıxməmmədov (20 aprel 1991; Dağ KəsəmənAğstafa rayonu — 15 oktyabr 2020; Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Natiq Şıxməmmədov 1991-ci il aprelin 20-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub.[1] 2001–2012-ci illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və ölümündən sonra dünyaya göz açan bir oğlu yadigar qaldı.

Natiq Şıxməmmədov 2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Şıxməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Natiq Şıxməmmədov oktyabrın 15-də Füzuli döyüşləri zamanı həlak olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SEYMUR MEHDİYEV

Стандартный

Seymur_Mehdiyev

Seymur Hüseyn oğlu Mehdiyev (20 aprel 1995; Aşağı ÖysüzlüTovuz rayonu — 25 oktyabr 2020; Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Seymur Mehdiyev 1995-cı il aprelin 20-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub.[1] 2001–2012-ci illərdə M. Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Azərbaycan Texniki Universitetinin nəzdindəki Bakı Nəqliyyat və Rabitə Kollecinin məzunu idi. Subay idi.

Seymur Mehdiyev 2017–2018-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Seymur Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Seymur Mehdiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı həlak olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn edilib.

20 APREL 1827 — RUS QOŞUNLARI XUDAFƏRİN KÖRPÜSÜNÜ TUTUB

Стандартный

Без названия (6)

20 aprel — İranla müharibənin (1826-1828) gedişində Azərbaycanın cənubuna doğru irəliləyən rus qoşunları tərəfindən Araz çayı üzərindəki Xudəfərin körpüsünün (Cəbrayıl rayonu ərazisində) tutulması. Strateji əhəmiyyətli körpünün ələ keçirilməsi rus qoşunlarının cənubdan Naxçıvan xanlığına hücumlarına imkan yaratdı.  

 

1827-ci ilin yanvarında rus qoşunu Qaradagın mərkəzı Əhəri tutdu. Qışın oglan çagında general Madatov, «mühasirə dövründə çəkilən əziyyəti əvəz etsin deyə Qarabağ və Şirvan qoşunlarını götürüb Mişgini və Əhəri çapma ğa, qarət etməyə getdi. Mişgin vilay ətini o ki var soyub qar ət etdilər» (Mirz ə Yusif Nersesov). Aprel ayında rus qoşunlarının Qaraba ğ birləş m əsi Xudafərin körpüsünü ələ keçirm ək u ğrunda döyüşürdü. Bir bölüyü is ə Ağzıböyük keçidi il ə İrəvana gedirdi. . Bu zaman Yermolovun bütünlükl ə işd ən götürülm əsi general Madatovu da yerind ən oynatdı. Qraf Paskeviç onu Xudafərin körpüsü üz ərind ən götürüb knyaz Abxazovla əvəz etdi. Bu d əyişm ənin səbəbi Madatovun «Mişgin yürüşün ə» heç d ə icaz əsiz getm əsi deyildi. Paskeviç özü d ə Qarabağ vilayətinə belə soyğunçuluğa getmişdi. Səbəb yerli əhalinin, xan və bəylərin Yermolov-Madatov «siyas ətind ən» kəskin narazılığı və üsyana qalxması idi. Bu dəyişmələrlə çar hökum əti öz ordusunun «Transqafqaz işini» yüngülləşdirmək istəyirdi. 1827-ci il aprelin 20-d ə Xudafərin körpüsü tutuldu. Başlıca qüvv ələr Eçmiədzin ə g ələrək İrəvana do ğru ir əlil ədi. İrəvanın iki aylıq mühasir əsi yen ə u ğursuz oldu. İyunun 26-d Naxçıvan qalası döyüşsüz tutuldu. Rus qoşunları strateji dəyəri olan Abbasabad qalasına yaxınlaşdı. Abbas Mirzə 16 minlik qoşunla qala qarnizonunun köməyinə gəldisə də, qala çökdürüldü. Avqust ayında Alagözün ətəklərində, Aştarak və Uşaqan kəndləri yaxınlığındakı döyüşlərdə ruslar üstün gəldilər. Sonra Sərdarabad çökdü. İrəvan qalasının mühasirəsi sentyabrın 26-da başlandı. Paskeviç yazırdı ki, İrəvan vilayətində 10000 müsəlman (Azərbaycan türkü – Red.) və yalnız 3000 erməni ailəsi yaşayırdı. Oktybarın 1-də gün qaralana yaxın qanlı döyüşdən sonra İrəvan qalası tutuldu.