Daily Archives: 24.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞİD MƏDİNOV

Стандартный

Rəşid_Mədinov

Rəşid Mədinov ( Rəşid Nəzər oğlu Mədinov‎; d. 24 aprel 1996Yeni HəyatXaçmaz — ö. 13 oktyabr 2020Füzuli)

Rəşid Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Əslən Qubanın Qrız kəndindəndir. Qrızlar çoxsaylı Qafqaz xalqlarından biridir. Subay idi.

2002-ci ildə Nazim İsayev adına tam orta məktəbin I sinifinə gedən Rəşid 2012-ci ilə 10-cu sinifi bitirəndən sonra kolleclərə qəbul imtahanında iştirak edir və 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinin «Bank işi» ixtisasına qəbul olunur. 2015-ci ildə kolleci bitirib.

2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə gedən Rəşid 3 ay Gəncədə qaldıqdan sonra xidmətini Murovdağda davam etdirir. Xidməti ərzində 2017-ci ilin əvvəllərində həqiqi hərbi xidmətdən təxris olunur.

Rəşidin hərbi xidmət dövrü şanlı Aprel döyüşlərinə təsadüf edir.  Döyüşlərdə iştirakına görə   Rəşid 3 tərifnamə və 3 fərqlənmə diplomu ilə təltif olunub.

2020-ci ilin 20 sentyabrında ümumi təlimlərə çağırılanlar arasında Rəşid Mədinov da var idi. Bir həftəlik təlimdən sonra başlayan Vətən müharibəsində Rəşid öncə Murovdağ uğrunda gedən döyüşlərdə, daha sonra isə Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.

Cəsur bir döyüşçü olmaqla yanaşı eyni zamanda etibarlı yoldaş olan Rəşid oktyabrın 13-də Füzuli uğrunda gedən gərgin döyüşlərdə yaralanmış,  oktyabrın 14-ü doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə qəbiristanlığında dəfn edilmişdir.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ELVİN HƏSƏNOV

Стандартный

Elvin_Həsənov_(şəhid)

lvin Çingiz oğlu Həsənov (d. 24 aprel 1994SumqayıtAzərbaycan — ö. 16 mart 2014FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 

Həsənov Elvin 1994-cı ilin 24 aprel tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 34 saylı tam orta məktəbi bitirən Elvin Həsənov hərbi xidmətə getmişdir.

Əsgər Elvin Həsənov 2014-cı ilin mart ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olduşdur. Martın 18-i isə Elvin Həsənov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınmışdır.