Daily Archives: 26.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELGÜN MURADOV

Стандартный

Elgün Muradov (tam adı: Elgün Etibar oğlu Muradov; 26 aprel 1998DaşlıyataqŞabran rayonuAzərbaycan — 28 oktyabr 2020PirmahmudluFüzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elgün Muradov 26 aprel 1998-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində anadan olmuşdur.[1] 2004-cü ildə Şabran rayonu Ağalıq kəndində şəhid Elman Mütəllimov adına məktəbin birinci sinfinə daxil olmuşdur. Təhsilini Abşeron rayon Masazır kənd 3 saylı orta məktəbdə davam etdirmişdir. 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. 20162017-ci illərdə «N» saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. Həqiqi hərbi xidməti fəxri fərman və təşəkkürnamələrlə başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ildə təhsil aldığı kolleci «maliyyə işi» ixtisası üzrə bitirmişdir.

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Elgün Muradov adını könüllülər sırasına yazdırmışdır. 29 sentyabr 2020-ci ildə Vətən Müharibəsinə çağırılmışdır. Könüllü əsgər Elgün Muradov CəbrayılınFüzulininHadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və fəal iştirak etmişdir. 28 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirmahmudlu kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. 30 oktyabr 2020-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində dəfn edilmişdir.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELFAK İBRAHİMOV

Стандартный

Elfak Daşdəmirov (tam adı: Elfak Eltun oğlu Daşdəmirov; 26 aprel 1996QazaxAzərbaycan — 26 oktyabr 2020FüzuliAzərbaycan).

Elfak Daşdəmirov 1996-cı il aprelin 26-da Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2002-2011-ci illərdə K. Kərimov adına Fərəhli kənd orta məktəbində, 2011-2013-cü illərdə isə Qazax şəhərində S. Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb. Subay idi.

Elfak Daşdəmirov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Elfak Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elfak Daşdəmirov oktyabrın 26-da Füzuli döyüşləri zamanı həlak olub. Qazax rayonunda dəfn edilib.