Daily Archives: 12.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMİR VƏLİYEV

Стандартный

Elmir Vəliyev

Elmir Məmmədqulu oğlu Vəliyev (12 aprel 1986Füzuli rayonuAzərbaycan SSR — 31 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Elmir Vəliyev 1986-cı il aprelində 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Vəliyev oktyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FUAD XANKİŞİYEV

Стандартный

Fuad_Xankişiyev_Şöhrət_oğlu

Fuad Şöhrət oğlu Xankişiyev (12 aprel 1996Mingəçevir şəhəri — 4 noyabr 2020ÇanaqçıXocalı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Fuad Xankişiyev 12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 2002—2008-ci illərdə Mingecevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil almışdır. Orta məktəb illərində böyük həvəs göstərdiyi cüdo idman növü ilə məşğul olan Fuad, idman üzrə təhsilini davam etdirərək Bakı Olimpiya idman liseyində cüdo üzrə təhsilini davam etdirmiş və 2011-ci ildə müvəffəqiyyətlə məzun olmuşdur. 2011—2014-cü illərdə Mingəçevir Turizm Kollecində bədən tərbiyə fakültəsinə təhsil almışdır. Bunlarla yanaşı, Fuad Xankişiyev həvəskar formada dizayn-dekor işləri ilə də məşğul olmuşdur.

2014—2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Fuad Xankişiyev Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. 4 noyabr 2020-ci ildə, Xocalı rayonunun Çanaqçı kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.