İxtiyar İlqar oğlu Əliyev (6 iyul 1994; Goranboy rayonu, Azərbaycan — 6 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.
Author Archives: Xeyrulla Xəyal
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QƏDİR MƏMİŞOV
Qədir Zülfəli oğlu Məmişov (5 iyul 1989; Mircəlal, Saatlı rayonu, Azərbaycan — 2 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Qədir Məmişov 5 iyul 1989-cu ildə Saatlı rayonunun Mircəlal kəndində Zülfəli Məmişovun ailəsində anadan olmuşdur. 1995-2006-cı illərdə orta təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. İkinci övladı dəfnindən 11 gün sonra dünyaya gəlmişdir.
Qədir Məmişov 2007-ci ildə hərbi xidmətə çağırılmışdır. 2009-cu ildə hərbi xidmətdən təxris olmuşdur.
Qədir Məmişov 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 noyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ertəsi gün Saatlı rayonunun Mircəlal kəndində dəfn edilmişdir
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏMRAH ƏLİYEV
Əmrah Ürfət oğlu Əliyev (4 iyul 1997; Tovuz rayonu, Azərbaycan — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.
Əmrah Əliyev 1997-ci il iyulun 4-də Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun çavuşu Əmrah Əliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Noyabrın 8-də həlak olub. Tovuz rayonunun Dondar Quşçu kəndində dəfn edilib.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CƏLAL İSLAMOV
Cəlal Ağahüseyn oğlu İslamov (3 iyul 2001; Çarxı, Xaçmaz rayonu, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Cəlal İslamov 3 iyul 2001-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində Ağahüseyn İslamovun ailəsində anadan olmuşdur. 2007-2018-ci illərdə N. Abudov adına Xaçmaz rayon Çarxı kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Cəlal İslamov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAFİQ MƏCİDOV
Rafiq Rasim oğlu Məcidov (2 iyul 1996; Xızı rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AMİN ƏİRASLANOV
Amin Vaqif oğlu Əmiraslanov (1 iyul 1991, Potubəyli, Saatlı rayonu – 4 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Amin Əmiraslanov 1991-ci il iyulun 1-də Saatlı rayonunun Potubəyli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 4-də həlakolub. Saatlı rayonunda dəfn edilib.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAXIŞ ƏSƏDOV
Baxış Sahib oğlu Əsədov (30 iyun 1999; Yüzbaşılı, Ağdam rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Baxış Əsədov 2016-cı ildəhərbi xidmətə çağırılmışdır. 2017-ci ildən hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etmişdir. 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmiş və elə birinci gün həlak olmuşdur. Ağdam rayonunun Xındırıstan kəndində dəfn edilmişdir.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FİKRƏT MƏMMƏDOV
Fikrət Elşad oğlu Məmmədov (29 iyun 1997, Müsüslü, Ucar rayonu – 16 oktyabr 2020, Şuşa rayonu)
2015-ci il iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ilin yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci il, sentyabrın 27-də Vətən Müharibəsi başlayır. Fikrət sentyabrın 29-da Ucar rayon hərbi komissarlığından birbaşa Füzuliyə yola düşür. Oktyabrın 31-də 31 nəfər döyüş yoldaşı ilə Şuşa istiqamətində düşmənlə döyüşə girir. Elə həmin döyüşdə də həlak olur.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TEYMUR QASIMOV
Teymur Mikayıl oğlu Qasımov (d. 28 iyun 1996; Göyçay, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı həlak olub.
Teymur Qasımov 28 iyun 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.
Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan—Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salındı.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏQAN MƏMMƏDOV
Fəqan Vahid oğlu Məmmədov (27 iyun 1998; Yeni Suvagil, Zaqatala rayonu — 6 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Şəhid Fəqan Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub.
2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin «Kinoşünaslıq» ixtisası üzrə təhsil alıb. Nişanlı idi.
Для отправки комментария необходимо войти на сайт.