Monthly Archives: Октябрь 2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD RƏHİMLİ

Стандартный

Murad İlqar oğlu Rəhimli (azərb. Rəhimli Murad İlqar oğlu‎; {{DVTY}} şablonu boşdur) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ailəli idi, 2 oğul övladı var.

20132014-cü illərdə  Quru Qoşunlarında xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Murad Rəhimli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmiş və7 oktyabrda Suqovuşanda şhəlak olmuşdur.

8 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR NAĞIYEV

Стандартный

Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989Kirovabad – 8 noyabr 2020Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 

Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Gizir olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanıŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nnoyabrın 8-də  həlak olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TEYMUR QULİYEV

Стандартный

Teymur Zamin oğlu Quliyev (29 oktyabr 2001BakıAzərbaycan — 24 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Teymur Quliyev 29 oktyabr 2001-ci ildə Bakı şəhərində Zamin Quliyevin və Fəridə Quliyevanın ailəsində anadan olmuşdur. Abşeron rayonunun Hökməli qəsəbəsində məskunlaşmışdır. 2007-2012-ci illərdə Abşeron rayon Hökməli qəsəbə tam orta məktəbdə, 2014-2015-ci illərdə Abşeron rayon Saray qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2015-2020-ci illərdə Abşeron rayon Ceyranbatan qəsəbə 147 saylı Texniki Peşə Məktəbində motorçu ixtisasına yiyələnmişdir. Subay idi.

Teymur Quliyev 2020-ci ilin iyul ayında  hərbi xidmətə çağırılmışdır. İlk olaraq Ağcabədidə, sentyabrdan Füzulidə yerləşənhərbi hissədə xidmət etmişdir. 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 24 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində hərbçiləri xilas edərkən həlak olmuşdur. Abşeron rayonunda dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TALEH MEHDİYEV

Стандартный

Taleh Musa oğlu Mehdiyev (28 oktyabr 2001; BakıAzərbaycan — 7 oktyabr 2020; TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Taleh Mehdiyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmiş və  7 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Ramanı Şəhidlər Xiyabanında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İSMAYIL MƏMMƏDOV

Стандартный

İsmayıl Fazil oğlu Məmmədov (27 oktyabr 2001; YerfiQubaAzərbaycan — 14 oktyabr 2020; SuqovuşanAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

İsmayıl Məmmədov 27 oktyabr 2001-ci ildə Quba rayonunda dünyaya gəlib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak edib. 14 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub. Qubada dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İLKİN SÜLEYMANOV

Стандартный

İlkin Mahir oğlu Süleymanov (26 oktyabr 1983Bərdə rayonuAzərbaycan SSR — 9 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri.

Baş gizir İlkin Süleymanov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 9-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TURAL QULİYEV

Стандартный

Tural Mustafa oğlu Quliyev (25 oktyabr 1995YevlaxAzərbaycan — 1 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Tural Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönmüşdür.  2020-ci ilin 9 sentyabr tarixindən Tural Quliyev müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Tural Quliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun Murovdağ silsiləsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AKİF CABBAROV

Стандартный

Akif Elxan oğlu Cabbarov ({{DVTY}} şablonu boşdur) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Akif Elxan oğlu Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda anadan olub. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014–cü ildə Sumqayıt şəhərinə köçür. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib.

Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib.  General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır. Sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsində iştirak edir. 

Akif oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində həlak olub və Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İBRAHİM ƏLİYEV

Стандартный

İbrahim Nəcəfqulu oğlu Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri

2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan İbrahim Ağdamda yerləşən  hərbi hissədə, ön xətdə xidmət keçib. Erkən yaşlarında hər iki valideynini itirən İbrahim sentyabrın 29-dan könüllü olaraq Vətən müharibəsinə qoşulub. Silah yoldaşları ilə birgə Füzulinin, Cəbrayılın və Zəngilanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib. İbrahim Əliyev oktyabrın 24-də Zəngilan istiqamətində gedən döyüşlər zamanı həlak olub.