Daily Archives: 10.10.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AZƏR QULİYEV

Стандартный

Azər Zakir oğlu Quliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Quliyev Azər Zakir oğlu 10 oktyabr 1996-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.  2011-ci ildə 9 illik təhsilini başa vurduqdan sonra təhsilini Sumqayıt şəhər Peşə liseyində davam etdirmişdir.

2015-2017-ci illərdə Qazax rayonunda həqiqi hərbi xidmətdə olmuş, həmçinin məlum Aprel döyüşlərində də fəal iştirak etmişdir.Quliyev Azər 2020-ci il sentyabrın 29-da II Qarabağ — Vətən müharibəsinə könüllü olaraq getmiş, şərəfli bir döyüş yolu keçmişdir. O, oktyabrın 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş, Sumqayıt şəhər “Şəhidlər xiyabanı»nda dəfn edilmişdir.