Monthly Archives: Август 2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RASİM RUFULLAYEV

Стандартный

Rasim Yadigar oğlu Rufullayev (31 avqust 1997ZevinYardımlı rayonuAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu).

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Rasim Rufullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub. Yardımlı rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELNUR VƏLİYEV

Стандартный

Elnur Mirsiyab oğlu Vəliyev (30 avqust 1999TəzəkəndBeyləqan rayonuAzərbaycan — 28 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri.

Elnur Vəliyev 30 avqust 1999-cu ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbdə təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra bir müddət mülki sahədə müxtəlif işlərdə çalışmışdır. Subay idi.

Elnur Vəliyev 2017-ci ildə  hərbi xidmətə çağırılmışdır. 2020-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi xidmət edirdi.  2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir.  28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır artilleriyadan aldığı yaradan həlak olmuşdur. Bir müddət neytral zonada qalan nəşi 2 oktyabr 2020-ci ildə doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR RÜFƏT ƏSGƏROV

Стандартный

Rüfət Mürvət oğlu Əsgərov (29 avqust 1981Aşağı MolluQubadlı rayonu – 14 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi.

Rüfət Əsgərov 2003–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən hərbi hissəsində, baş leytenant rütbəsi ilə isə 2009–2012-ci illərdə  Ağcabədi rayonunda yerləşən  hərbi hissədə xidmət edib. Kapitan rütbəsində 2012–2014-cü illərdə Gəncə şəhərində yerləşən  hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən  hərbi hissədə xidmət edib. 2014-cü ildə mayor  rütbəsi alan Rüfət Əsgərov həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) «Kəşfiyyat» Kafedrasının baş müəllimi idi.

A Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan  uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak eib.  Oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

YENƏ XUDU KƏRİMOVA QONAQ OLDUQ..

Стандартный

Avqustun 27-də Camal Əkbərovla yenə zərdabl soydaşımız Xudu Kərimovun qonağı olduq. Bizi Krasnı Yara  Xudu bəyin Samarada yaşayan kəndçisi Vüqar Əbdürrhmanov apardı. Biz Xudu bəyi görmək, həm dincəlmək, həm də onun gözəl qırqovullarına baxmaq istəyirdik. Xudu bəy çoxdan qırqovul saxlayır, quşları sevir, qulluğunu bacarır. İki il əvvəl bir qorxacaq (rusca: xoryok) gəlib özünü soxar hinə, onlarla quşu  dişləyib öldürər. Eşitmişdim ki, Xudu bəy qırqovul təsərrüfatını bərpa edib, quşlar əvvəlkində də çoxdur. Gedib bunu öz gözümlə gördüm. Doğrudan da hinlərdə həyat yenidən canlanıb. Qırqovulların şəklini telefona da çəkdim, təəssüf ki, hinlərə kölgə düşdüyündən, həm də tutqun olduğundan şəkillər yaxşı alınmayıb. Telefonun zəifliyini açıb ağartmıram…

Qırqovullardan başq xeyli toyuq cücə və hind toyuğu var.

«Timur» kafesinn ərazisini gəzib sərvətini  təftiş dəndən sonra ağac altında qoyulmuş stolun başıa yığışdıq.

Gördüyünüz kimi, Xudu bəy bizə uyaxşı qonaqlıq verib. Mən pensiyaçı jurnalistəm, ona görə bu qonaqlıqda korrupsiya-zad axtarmağa dəyməz. Xudu bəy Camalla köhnə dostdur, mənə isə yerli kimi hörmət edir.

Yaxşı yeyib-içəndən sonra Camal balalarının yanına tələsdi və bizi də tələsdirdi. Vüqar tələsmirdi, deyirdi hər dəfə bura gələndə gecə saat üçə-dördə qədər oturur. Yəni həm kəndçisi xuda bəyə, həm də onun yaratdığı bu gözəl təsərrüüfata məhəbbəti var.

Xudu bəy bizi pay-parça ilə yola saldı. Yola düşəndə Camal kafenin qabağında şəkil çəkdirdi. Görən deyər ki, kafenin yiyəsi elə budur. Camal Xudu bəyin yanında özünü elə öz evindəki kimi hiss edir. Çünki aralarında uzun illərin dostluğu var.

Qonaqlıqdan çox razı qaldıq. Bi qonaqlıq olmasauydı, yayı hədər keçmiş sayardıq.

Gələn görüşlərədək.

X.X.

28. 08. 2022, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAİL ƏZİZOV

Стандартный

Mail Mahir oğlu Əzizov (28 avqust 2000ŞağlaküçəLənkəran rayonuAzərbaycan — 25 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mail Əzizov 28 avqust 2000-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində Mahir Əzizovun ailəsində anadan olmuşdur.  Subay idi.

Mail Əzizov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir.   25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAVİD PAŞAZADƏ

Стандартный

Cavid Telman oğlu Paşazadə (27 avqust 2001Bakı – 29 oktyabr 2020Xocavənd rayonu) — Azərbaycan Milli Ordusunun əsgəri.

Üç bacının bir qardaşı olan Cavid bacısının doğum günündən bir gün öncə ailəsinə zəng edib. Özü yanlarında olmasa da, bacısı üçün doğum günü keçirmələrini xahiş edib. Səhəri gün bacısının doğum günündə həlak olduğu xəbəri gəlib.

2019-cu ilin oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin oktyabrın 29-da Xocavənd istiqamətində gedən döyüşlərdə həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LƏTİF MƏMMƏDOV

Стандартный

Lətif Faiq oğlu Məmmədov (26 avqust 1998QarasuçuGoranboy rayonu – 30 sentyabr 2020Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Lətif Məmmədov 1998-ci il avqustun 26-da Goranboy rayonunun Qarasuçu kəndində anadan olub. Subay idi.

Lətif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da  həlak olub. Goranboy rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HÜSEYN QULİYEV

Стандартный

Hüseyn Aydın oğlu Quliyev (25 avqust 1991ÖrənqalaBeyləqan rayonuAzərbaycan — 8 oktyabr 2020CəbrayılFüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Hüseyn Quliyev 25 avqust 1991-ci ildə Beyləqan rayonunun Örənqala qəsəbəsində Aydın Quliyevin ailəsində anadan olmuşdur. 1997-2008-ci illərdə orta təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı.

Hüseyn Quliyev hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişir.  8 oktyabr 2020-ci ildə CəbrayılFüzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELÇİN QULİYEV

Стандартный

Elçin Etibar oğlu Quliyev (24 avqust 2001Məzrəliİmişli rayonuAzərbaycan — 10 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 

Elçin Quliyev 2019-cu ildə hərbi xidmətə çağırılmışdır.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində  atıcı olaraq iştirak etmişdir.  10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuş, doğulduğu İmişli rayonunun Məzrəli kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QƏZƏNFƏR MƏMMƏDOV

Стандартный

Qəzənfər Habil oğlu Məmmədov (23 avqust 1996GəncəAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının leytenantı.

Qəzənfər Məmmədov 1996-cı il avqustun 23-də Gəncə şəhərinin Gülüstan qəsəbəsində anadan olub.  2003-2014-cü illərdə Gəncə şəhərində M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-2019-cu illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Subay idi.

Qəzənfər Məmmədov 2019-cu ildən Daxili Qoşunların sıralarında leytenant  rütbəsində xidmət edirdi.

 Qəzənfər Məmmədov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub