Daily Archives: 29.08.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR RÜFƏT ƏSGƏROV

Стандартный

Rüfət Mürvət oğlu Əsgərov (29 avqust 1981Aşağı MolluQubadlı rayonu – 14 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi.

Rüfət Əsgərov 2003–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən hərbi hissəsində, baş leytenant rütbəsi ilə isə 2009–2012-ci illərdə  Ağcabədi rayonunda yerləşən  hərbi hissədə xidmət edib. Kapitan rütbəsində 2012–2014-cü illərdə Gəncə şəhərində yerləşən  hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən  hərbi hissədə xidmət edib. 2014-cü ildə mayor  rütbəsi alan Rüfət Əsgərov həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) «Kəşfiyyat» Kafedrasının baş müəllimi idi.

A Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan  uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak eib.  Oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

Реклама