Daily Archives: 03.08.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR MƏMMƏDZADƏ

Стандартный

Anar Nazim oğlu Məmmədzadə (3 avqust 1999Zərdab rayonu – 8 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Anar Məmmədzadə 1999-cu il avqustun 3-də Zərdab rayonunda anadan olub.

2005-2016-cı illərdə Zərdab rayon 1 saylı məktəb-liseyində təhsil alıb.

2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alıb. 2019-cu ildə təhsilini müvəqqəti olaraq dondurub. Subay idi.

Anar Məmmədzadə 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 8-də Füzuli döyüşlərində həlak olub.