Monthly Archives: Март 2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏCƏB QULAMOV

Стандартный

Rəcəb Xaydaroviç Qulamov (31 mart 1996SumqayıtAzərbaycan — 1 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəcəb Qulamov 31 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Subay idi.

Rəcəb Qulamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında  hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 8 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət edirdi. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmiş, 1 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində  həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi onun itkin olduğunu bildirərək intensiv axtarışlara başlamışdır. Nəticədə, Rəcəb Qulamovun nəşi 19 fevral 2021-ci ildə tapılaraq Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Реклама

HEYDƏR OĞUZ VƏ QURBAN MƏMMƏDLİ: KƏRGƏDAN VƏ QURBANLIQ QOÇ

Стандартный

Kərgədan görəniniz var? Bir vaxt hələ kərgədanın məktəb dərsliklərindəki şəkillərindən dəhşətə gəlirdik. Yuxumuza girəndə diksinib ayılırdıq.

Dünən Heydər Oğuzu Qurban Məmmədlinin YouTube kanalında görəndə kərgədan yadıma düşdü. Heydər Oğuz danışdıqca gözümün qabağına kərgədan gəlirdi. Qurban Məmməli, Azərbaycan hakimiyyətinin ən azı canavar saydığı Qurban Məmmədli isə Heydər Kərgədanın qabağında olsa-olsa qoça oxşayırdı. Özü də qurbanlıq qoça. Yəni bu gün-sabah boğazına bıçaq çəkiləcəyini duymuş və sarsılmış qurbanlıq qoça.

Ah, yazıq Qurban Məmmədli… İki saat kərgədanın qabağında dayanasan…

Heydər Oğuz isə iki saat ərzində (mən bir saat baxdım, ürəyim üzüldü) fısıldayır, xoruldayır, nərə çəkirdi. “Sən hakimiyyəti dəyişmək istəyirsən?” – deyərək Qurban Məmmədlini sanki buynuzuna sancıb havada fırladaraq yerə çırpmaq istəyirdi. Kərgədanın qabağından geri çəkilməsə də xeyli sarsılan Qurban Məmmədlinin səsi də zəifləmişdi, məşhur fransız müğənnisi Filipp Jarusski kontrtenoruna bənzəyirdi.

Ah, Qurban Məmmədli! Sənin o Londonu lərzəyə gətirən baritonuna nə oldu? Bu kərgədan yarım saatın içində səndə dönülməz genetik dəyişikliklər yaratdı!

Ancaq ədalət xatirinə demək lazımdır ki, bu qurbanlıq qoç kərgədanın həmlələrinə tab gətirirdi. Heydər Orucun qabağında, məsələn, Tural Abbaslı olsaydı, beçə səsini də uitirər və bəlkə hələ şalvarını da isladardı.

Maraqlı burasıdır ki, bu Naxçıvan kərgədanın qurbanlıq qoça hər həmlədən sonra sinəsinə döyüb haqyqırırdı: “Mən şairəm!”

Təsəvvür edirsiniz? Kərgədan – şair!

Hardasan, ay Vasif Talıbov!

“Sən hakimiyyəti dəyişmək istəyirsən? Sən prezidenti hörmətdən salmaq istəyirsən?” – deyə kərgədan oturduğu yerdən qabağa elə dartınırdı ki, elə bil buynuzunu uzadıb Londona çatdırmaq və Qurban Məmmədlinin bağırsaqlarını qırağa tökmək istəyirdi.

Qurban Məmmədli hərdən-hərdən deyir ki, onun bir tərəfi naxçıvanlıdır. Yalnız bir tərəfi. Heydər Oğuzu görəndə bilirsən ki, hər iki tərəfi naxçıvanlı olan insa nə həngamədir, nə dəhşətdir, nə horrordur. Mən belə naxçıvanlılara baxanda Mirzə Cəlilin naçıvanlı olduğuna inana bilmirəm. Bu dünya dahisinin ən azı  bir tərəfi yəqin ki, naxçıvanlı olmayıb…

Heydər Oğuzu elə bil ki, prezident adminstrasiyası yağlayıb-duzlayıb göndərmişdi qurbanlıq qoçun üstünə. Elə bil ki, Heydər Oğuz bu buynuzlaşmadan sonra təyinat alacaqdı. Məsələn, Naxçıvanın mədəniyyət naziri.  Naxçıvanın televiziya naziri. Naxçıvanın şeir naziri. Baş nazir, ayaq nazir… Kərgədan haçanacan ikiotaqlı evdə yaşayacaq?

Ancaq, bu kərgədan hansı vəzifəni alsa, Vasif Taıbova rəhmət oxudacaq. Bu adam ağ köynəyinə, qalstukuna, urus kepkasına baxmayaraq, mağara şüurludur. Vasif Talıbovla vuruşanda da qanunun, ədalətin tərəfində olmayıb, iyirmi il qabaq da bu gününü görüb, ümid edib ki, Talıbov qovulandan sonra, “xan”ın sahibi ya sahibləri onun mükafatını verərlər. Məsələn, şeir naziri qoyarlar…

“Sən hakimiyyəti dəyişmək istəyirsən?!”

Ay heyvan (yəni ay kərgədan)! Siyasətçi elə ona görə siyasətçidir ki, hakimiyyət uğrunda mübarizə aparır! İndiyəcən qanmamısan?

İki saatlıq verilişin necə qurtardığını bilmədim. Ancaq arxayınam ki, Qurban Məmədlinin şalvarı qupquru qalıb. Qurban Məmmədli elə qoçlardandır ki, Heydər Oğuz kimi çox kərgədanı işədib və işədəcək də…

Mirzə ƏLİL

30. 03. 2023, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏAK OLANLAR: XAQANİ MƏMMƏDOV

Стандартный

Xəqani Füzuli oğlu Məmmədov (30 mart 2002ŞirvanAzərbaycan — 10 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Xəqani Məmmədov 2002-ci il martın 30-da Şirvan şəhərində anadan olub.  Əslən Zəngilan rayonu Qaradərə kəndindən idi. Subay idi.

Xəqani Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 10-da Suqovuşan döyüşlərində həlak olub.

FAZİL MUSTAFA: «HƏDƏF MƏNİM DALIM İDİ…»

Стандартный

Fazil Mustafa özünə gələn kimi əqidə qardaşı Eynulla Fətullayevə zəng vurub.

— Qardaş, həmişə səsin gəlsin! Hər yerin salamatdırmı?

— Salamatdır, qardaş. Bir az ayağım cızılıb… Əsas yerim salamatdır.

— Başını deyirsən? Ya ürəyini?

— Nə baş, nə ürək a qardaş. Millət vəkilinin əsas yerin onun dalıdır. Dal xarab olanda Məclisdə necə oturarsan? Killer elə mənim dalımı nişan alırdı, sifariş elə olmuşdu ki, mənim dalımıı vursun, məni diskredtasiya eləsin.  Ancaq mən də iki Qarabağ müharibəsindən keçmişəm, ağzımlı bir kisə erməni gülləsi tutmuşam, killerə dal vermərəm. Gözüm güllədəydi, mənə az qalmış elə burcutdum ki, dalı götürə bilmədi. Ayağımı cızdı.

— Qardaş, bu dal məsələsində haqlısan. Biz jurnalistlərdə də bu dal ən mühüm yerdir. Dalı işə salmasan, qabağa gedə bilməzsən. Bunu sənə bir qardş kimi öz şəxsi təcrübəmdən deyirəm… Qardaş, sən milli qəhrəmansan, sənə ömürlük deputat statusu vermək lazımdır. Bunu mən haqqın. az-da gərək yaxşı piar eləyəm. Ayağının şəklni mənə at, qoyum sayta.

— Yox, ayağımı qoyma, dalımı qoyarsan, çünki hədəf dal idi. Mən indi dalımı selfi eləyib ataram sənə.

— Gözləyirəm, qardaş. Öpürəm…

 

Mirzə ƏLİL

29. 03. 2023, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RUSUF KAZIMOV

Стандартный

Rusif Yusif oğlu Kazımov (29 mart 1997Cəlilabad rayonuAzərbaycan — 5 noyabr 2020Laçın rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Rusif Kazımov 1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub.  2003–2011-ci illərdə Uzuntəpə kənd tam orta məktəbində, 2011–2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014–2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Leytenant Rusif Kazımov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı 5 noyabr tarixində Laçın koridoru istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AYHAN HAQVERDİYEV

Стандартный

Ayhan Akif oğlu Haqverdiyev (28 mart 2002, DaşkəsənAzərbaycan — 4 oktyabr 2020, FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin əsgəri.

Ayhan Haqverdiyev martın 28-i 2002-ci ildə Daşkəsən rayonunda anadan olub. Əslən Qərbi Azərbaycandandır. 2003-cü ildə ailəsi Bakı şəhərinə köçüb və Ayhan 2009-cu ildə Bakı şəhərində Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbində təhsil alıb.

Ayhan 2020-ci ildə Binəqədi rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı  Füzuli döyüşlərində iştirak edib. O, Füzuli istiqamətində gedən döyüşlərdə, Qaraxanlı kəndində Üçtəpə deyilən ərazidə 30 sentyabr 2020-ci il tarixində ağır yaralanıb. Ayhan yaralandıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, 4 gün komada qaldıqdan sonra  oktyabrın 4-də vəfat edib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏRAHİM ABDULLAYEV

Стандартный

Mərahim Aslan oğlu Abdullayev (27 mart 2002KeçiliŞəmkir rayonuAzərbaycan — 8 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mərahim Abdullayev 27 mart 2002-ci ildə Şəmkir rayonu Keçili kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətinin ilk 5 ayından sonra Vətən müharibəsi başlamışdır.

Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı  CəbrayılınFüzulininXocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə  həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ADƏM HEYDƏROV

Стандартный

Adəm İkram oğlu Heydərov (26 mart 2000BumQəbələ rayonu – 16 oktyabr 2020 və ya 13 oktyabr 2020Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Adəm Heydərov 2000-ci il martın 26-da Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə Bum qəsəbəsində Təbriz Yaqubov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.

 Adəm Heydərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak eidb. Oktyabrın 13-də HƏLAK  olub. Qəbələ rayonunun Bum qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELŞƏN İSMAYILOV

Стандартный

Elşən İsə oğlu İsmayılov (25 mart 1997SeyfəliŞəmkir rayonuAzərbaycan — 8 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elşən İsmayılov 25 mart 1997-ci il tarixdə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. 2003-ci ildə Şəmkir rayon Xanallar kənd Faiq Ələkbərov adına tam orta məktəbə daxil olmuşdur. 2014-ci ildə həmin orta məktəbdən məzun olmuşdur. Subay idi.

Elşən İsmayılov 2015-ci ildə hərbi xidmətə çağırılmışdır. 2016-cı ilin oktyabr ayında hərbi xidməti başa vurmuş və bir müddət müxtəlif mülki işlərdə çalışmışdır. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar  29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş,  8 noyabr 2020-ci ildə  həlak olmuşdur. Şəmkirdə dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VAHIB ƏLİYEV

Стандартный

Əliyev Vahıb Ramiz oğlu (24 mart 1997BulduqSabirabad rayonu – 4 noyabr 2020Qubadlı rayonu) — Vətən müharibəsi şəhidi.

Əliyev Vahıb Ramiz oğlu 1997-ci il mart ayının 24- də Sabirabad rayonu Bulduq kəndində anadan olmuşdur. 2014-cü ildə Sabirabad rayonu Bulduq kənd tam orta məktəbini müvəffəqiyyətlə başa vurmuşdur.

Vahıb Əliyev 2015-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılır. Vahıb hərbi xidmətini GəncəQazax və Ağstafa bölgələrində keçmişdir.Vahıb ailədə 4 bacının tək qadaşı olub. 2020-ci il sentyabr ayının 27-də könüllü olaraq Vətən müharibəsinə gedib.  Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib  4 noyabr 2020- cil ildə Qubadlı istiqamətində gedən ağır döyüşlərdə həlak olub.