Monthly Archives: Апрель 2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜQAR ÇƏLƏBİLİ

Стандартный

Vüqar Fərəcullah oğlu Çələbili (30 aprel 1993NehrəxəlilAğdaş rayonuAzərbaycan — 5 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vüqar Çələbili 30 aprel 1993-ci ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində anadan olmuşdur1999-2008-ci illərdə Ləki qəsəbə tam orta məktəbində təhsil almışdır.

Vüqar Çələbili 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.

2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. FüzulininQubadlının və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüqar Çələbili 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi axtarılıb və tapıldıqdan sonra 14 dekabr 2020-ci ildə Ağdaş rayonunun Nehrəxəlil kənd qəbiristanlığında torpağa tapşırılmışdır

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR CAVADZADƏ

Стандартный

Anar Tahir oğlu Cavadzadə (29 aprel 1990İmişli rayonu – 17 oktyabr 2020HadrutXocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Anar Cavadzadə 29 aprel 1990-cı ildə İmişli rayonunda anadan olub. İmişli şəhər 2 saylı tam orta məktəbinə  9-cu sinfə qədər təhsil alan Anar ailəsi ilə Bakıya köçdükdən sonra paytaxt  məktəblərindən birində orta təhsilini davam etdirmişdir. Müddətli hərbi xidmət müddəti bitdikdən sonra Bakıya qayıtmış, burada bir çox sahələrdə çalışmışdır. 2018-ci ildə çəkilmiş şəhid İlham Cəfərovun 50 illik yubileyinə həsr olunan sənədli filmdə rollardan birini səsləndirmişdir. Bu səsləndirmə xidmətinə və həmçinin, xüsusi səs tembrinə görə «İlin səsi» fəxri adına layiq görülmüşdür.

 Anar Cavadzadə 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində könüllü cəbhəyə getmiş,  Füzüzulinin və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir17 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanıhəlak olmuş,  İmişli rayonunun Telişli kəndində torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN RƏHİMLİ

Стандартный

Orxan Rəşid oğlu Rəhimli (28 aprel 1994XaçmazOğuz rayonu – 16 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orxan Rəhimli 1994-cü il aprelin 28-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.  2000-2011-ci illərdə M. F. Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) «Dağ mədən mühəndisliyi» üzrə ali təhsil alıb. Subay idi.

Orxan Rəhimli 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Nnoyabrın 8-də ŞuşaXankəndi istiqamətində həlak olub. Noyabrın 16-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZAMİN BALAKİŞİYEV

Стандартный

Zamin Dadaş oğlu Balakişiyev (27 aprel 2001Sabirabad rayonuAzərbaycan — 7 mart 2021BakıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Zamin Balakişiyev 2001-ci il aprelin 27-də Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Zamin Balakişiyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib.

Zamin Balakişiyev 2021-ci il martın 7-də müalicə aldığı tibb müəssisəsində vəfat edib.  Martın 8-də Sabirabad rayonunda dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN EELNUR CƏBRAYILOV

Стандартный

Elnur Tofiq oğlu Cəbrayılov (26 aprel 1981ÇaylıXanlar rayonu ― oktyabr 2020Füzuli rayonu) ― Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Elnur Cəbrayılov 1981-ci il aprel ayının 26-da Göygöl rayonunun Çaylı kəndində anadan olmuşdur. 1999-cu ildə Göygöl şəhəri 6 saylı məktəbin 11 -ci sinifini bitirərək Gəncə Dövlət Universitetinin Tarix ixtisasına qəbul olmuşdur. Təhsilini başa vurduqdan sonra bir müddət Göygöl şəhər 1 saylı məktəbdə və Çaylı kənd məktəbində tarix müəllimi vəzifəsində çalışmışdır. Ailəli idi və 2 övladı var idi.

Kapitan Cəbrayılov  2003-2004-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş və Təlim Tədris Mərkəzində təhsil alaraq leytenant rütbəsi almışdır.

2013-cü ildə Elnur Cəbrayılov müəllimlik vəzifəsindənayrılmış və həmin ildən leytenant rütbəsi ilə yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışdır.

2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş və yaralı hərbiçi yoldaşlarına köməklik göstərmişdir. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə ona kapitan rütbəsi verilir.

2020-ci ilin sentyabr ayının 27-də işğalı altında olan torpaqların azad edilməsi uğrunda başladılan Vətən Müharibəsi zamanı kapitan Cəbrayılov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir. Oktyabr ayının 12-də Elnur Cəbrayılov Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində düşmən postuna daxil olur.

Elə həmin gündən  kapitandan bir daha xəbər alına bilmir. Bir müddət onun adı itkin düşmüş hərbçilər siyahısında qalır. 16 yanvar 2021-ci il tarixində Elnur Cəbrayılovun nəşi tapılaraq DNT analizi ilə təsdiq edilir və Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: YUSİF CƏFƏROV

Стандартный

Yusif Mübariz oğlu Cəfərov (25 aprel 1996Əli-Bayramlı – 4 noyabr 2020Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vətən müharibəsi şəhidi Yusif Mübariz oğlu Cəfərov 1996-cı ilin 22 apreldə Şirvan şəhərində anadan olub. Atası Mübariz Birinci Qarabağ müharibəsində döyüşərək 1992-ci ildə yaralanmış, uzun müddət müalicələr alsa da Yusifin 3 yaşında ikən dünyasını dəyişib. 2013-cü ildə Şirvan şəhər 2 nömrəli tam orta məktəbini   bitirdikdən sonra Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və 2017-ci ildə ali təhsilini başa vurub.

Yusif Cəfərov 2018-ci ildə  bir illikhəqiqi hərbi xidmətə çağırılır.  28 sentyabr 2020-ci il  sentyabrın 30-da cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak edir. Xocavənd döyüşlərində qəhrəmancasına həlak olan Yusif Cəfərov 4 noyabr 2020-ci ildə Şirvan Şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İMDAD TAĞIYEV

Стандартный

İmdad Tağıyev (tam adı: İmdad Rövşən oğlu Tağıyev; 25 aprel 2002GöygölAzərbaycan — 3 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İmdad Tağıyev 2002-ci il aprelin 25-də Göygöl rayonunun Mollacəlilli kəndində anadan olub.[1] 2008-2019-cu illərdə Mollacəlilli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan İmdad Tağıyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib və   oktyabrın 3-də Füzuli döyüşləri zamanı həlak olub. Göygöl rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİDƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞAD MEHDİYEV

Стандартный

Rəşad Rəhman oğlu Mehdiyev (24 aprel 1997XırdalanAzərbaycan — 21 oktyabr 2020XırmancıqXocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəşad Mehdiyev 24 aprel 1997-ci ildə Xırdalan şəhərində anadan olmuşdur.  Atası — Rəhman Mehdiyev Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Orta təhsilini Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə və Cəmşid Naxçıvanski adına hərbi liseydə almış. Azərbaycan Texniki Universitetini  fərqlənmə diplomu ilə bitirmişdir. Elektron Hökümətin İnkişafı Mərkəzində proqramçı vəzifəsində çalışırdı.

Rəşad Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  başlanan Vətən müharibəsində iştirak etmiş,  21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Xırmancıq kəndində yerləşən Ərgünəş dağı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ÜLVİ ABIŞOV

Стандартный

Ülvi Bayram oğlu Abışov (23 aprel 1997Şəki rayonuAzərbaycan — 8 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

 Ülvi Abışov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak edib. Noyabrın 8-də Şuşa döyüşləri zamanı həlak olub. Şəki rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CƏMALƏDDİN MƏMMƏDOV

Стандартный

Cəmaləddin Türbəndə oğlu Məmmədov (21 aprel 1988KürdlərAğcabədi rayonu – 27 sentyabr 2020Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Kiçik çavuşu  Cəmaləddin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsinin birinci günü  Cəbrayıl döyüşləri zamanı həlak olub. Ağcabədi rayonunun Kürdlər kəndində dəfn edilib.