Monthly Archives: Март 2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QUSARLI MURAD MƏMMƏDOV

Стандартный

Murad Məmmədov Qusar

Murad Məmmədov (tam adı: Murad Əzizulla oğlu Məmmədov; 31 mart 1995QusarAzərbaycan — 12 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu).

Murad Məmmədov 1995-ci il martın 31-də Qusar rayonunun İmamqulukənd kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Murad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murad Məmmədov oktyabrın 12-də həlak olub. Qusar rayonunda dəfn edilib.

Реклама

«APREL DÖYÜŞLƏRİ»NDƏ HƏLAK OLANLAR: MİLLİ QƏHRƏMAN MURAD MİRZƏYEV

Стандартный

Murad_Mirzəyev

Murad Mirzəyev (d. 31 mart 1976, SabirabadAzərbaycan — ö. 2 aprel 2016, TərtərTalış,Azərbaycan) — Azərbaycanın Milli QəhrəmanıAzərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti.

Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991–1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş ŞtatlarıRumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı.

 

Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu. Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

Murad Mirzəyev Amerikada ranger kursunu bitirdikdən sonra vətənə qayıdır. O, Gəncə şəhərində «N» saylı hərbi hissələrin birində hərbi xidmətə başlayır. Sonralar isə Xüsusi Təyinatlı qüvvələrin zabiti olur. 

Murad Mirzəyev 2016-cı il Aprel Döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Murad Mirzəyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD BABAYEV

Стандартный

Murad Babayev

Murad Nadir oğlu Babayev (31 mart 1982Cəlilabad rayonuAzərbaycan SSR — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri.

Murad Babayev 1982-ci il martın 31-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub.[1] Ailəli idi. Samir adlı oğlu, Zəhra və Fatimə adlı isə qızları yadigar qaldı.

Murad Babayev 2001-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun baş giziri olan Murad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Murad Babayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn edilib.

ƏHVALPÜRSANLIQ VƏ YA «BEOVULF»UN TƏRSİNƏ ÇEVRİLMƏYİ

Стандартный

Beovulf ÜZ

SABİRƏ NƏZİRƏ: “BEOVULF”UN TƏZƏDƏN ÇEVRİLİB İNGİLİS DİLİNƏ QAYTARILMAĞI

İ. Əliyev: Nə xəbər var təzə, görkəmli Anar?

            İndi bəs şanlı yazarlar nə yazar?

Anar: Yatmayır indi yazarlar gecələr,
           Həsr edir şəninizə hər biri br ölməz əsər.

İ. Əliyev: Mövzu seçmək bacarırlar bu yazarlar, görünür,
            Təcili artıraram mən də təqaüdlərini.

            Bu xəbər çox gözəl, istəkli Anar,

            Ədəbiyyatda yeni hansı daha hadisə var?

Anar: Bəli, var, ali komandan, daha bir,
          Amma bu,  hadisədən  çox bir ağır faciədir…

İ. Əliyev: Nədir, o faciə, gizlətmə, oğul!

           Danış ətraflı bilim mən nə olub!

           Yoluxub bəlkə qəfil virusla,

           Fani dünyamızı tərk etmişmi Kamal Abdulla?
 

Anar: Yox, Kamal lap buğa tək sağlamdır,
           Mən deyən faciəsə hər cür ölümdən də ağır.          

          Ölkənin arxa çevirmiş biri rəhbərliyinə,
          Çevirib dasanı o, Azəribaycan dilinə.

İ. Əliyev: Hansı dastan?

Anar: İngilis dastanı məşhur “Beovulf”!

          Çevirb almadan icazə…ah… uf…

İ. Əliev: Kim çevirmiş? Nəçidir? Varmı onu bir tanıyan?

Anar: Yaşayır Rusiyada guya bu ünsür çoxdan.

İ. Əliyev: Ünsürün antimillisindənmi?

Anar: Xalisindən. Ötürür düşmənə vacib xəbəri,

         Satmaq istər təzədən erməniyə Kəlbəcəri.

İ. Əliyev: Sübutu varmı fəaliyyətinin?

Anar: Versək işgəncə deyər niyyətini.

İ. Əliyev: Adı haqqında məlumatlar var?

Anar: Adı Xeyrulla, təxəllüssə Xəyal.  

İ. Əliyev: Şübhə yox, antimillidir, bu, adından bilinir!

Anar: Çox fəsadlar törər, əlbəttə, görməsək tədbir.

İ. Əliyev: Boynuna ip keçirib heyvan tək,
                Ünsürü ölkəyə gərək gətirək.

Anar: Bəsə nə olsun “beovulf”?

İ. Əliyev: Ah, o dastan! Ah… uf…

                Bir sürü tərcüməçi tər axıdıb səy eləsin
                Tez çevirsinlər o dastanı yenə ingilisə!

28. 03. 2021, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PƏRVİN MƏMMƏDOV

Стандартный

Pərvin Məmmədov

Pərvin Məmmədov (tam adı: Pərvin Rza oğlu Məmmədov; 30 mart 1994GöyçayAzərbaycan — 2 oktyabr 2020TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Pərvin Məmmədov 1994-cü il martın 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Pərvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. Pərvin Məmmədov oktyabrın 2-də Ağdərə döyüşləri zamanı həlak olub. Göyçay rayonunda dəfn edilib

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZÖHRAB MEHDİYEV

Стандартный

Zöhrab_Mehdiyev

Zöhrab İlham oğlu Mehdiyev (30 mart 1998Aşağı ÇardaxlarZaqatala rayonu — 9 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Zöhrab Mehdiyev 1998-ci il martın 30-da Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub. 

2004-2015-ci illərdə Aşağı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Zöhrab Mehdiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Zöhrab Mehdiyev oktyabrın 9-da Füzuli döyüşləri zamanı həlak olub. Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN CƏLİL CAVADOV

Стандартный

Cəlil Cavadov

Cəlil Ağaddin oğlu Cavadov (29 mart 1989Lerik rayonuAzərbaycan — 27 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Cəlil Cavadov 1989-cı il martın 29-da Lerik rayonunun Xəlifəkücə kəndində anadan olub. 1995-2003-cü illərdə Z. Səfərov adına Blaband kənd tam orta məktəbində, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun kapitanı olan Cəlil Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəlil Cavadov oktyabrın 27-də Xocavənd döyüşləri zamanı həlak olub. Lerik rayonunda dəfn olunub.

«APREL DÖYÜŞLƏRİ»NDƏ HƏLAK OLANLAR: ORXAN HƏMİDOV

Стандартный

Orxan_Həmidov

Orxan İbrahim oğlu Həmidov (d. 29 mart 1980FüzuliAzərbaycan — ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 

Orxan Həmidov 1980-ci ilin 29 mart günündə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub.

Kiçik gizir Orxan Həmidov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına həlak oldu.

Aprelin 4-ü isə Orxan Həmidov doğulduğu Füzuli rayonunun Əhmədalılar kəndində son mənzilə yola salındı. 

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLLANLAR: VİDADİ CABBAROV

Стандартный

Vidadi Cabbarov

Vidadi Cəbrayıl oğlu Cabbarov (28 mart 1997Lerik rayonuAzərbaycan — 20 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Vidadi Cabbarov 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Vidadi Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir. Vidadi Cabbarov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN QƏHRƏMANOV

Стандартный

Orxan Səlvər oğlu Qəhrəmanov (28 mart 1991Bakı şəhəriAzərbaycan SSR— 21 oktyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orxan Qəhrəmanov 1991-ci il martın 28-də Bakı şəhərində anadan olub.

1997-2006-cı illərdə N.Nəbiyev adına 104 saylı Suraxanı rayon tam orta məktəbində təhsil alıb.

Orxan Qəhrəmanov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Orxan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliXocavəndCəbrayılQubadlı və Zəngilan rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Orxan Qəhrəmanov oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Bakı şəhərində torpağa tapşırılıb.