Daily Archives: 20.08.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏHMAN BAYRAMOV

Стандартный

Rəhman Dilcan oğlu Bayramov (20 avqust 1993GəncəAzərbaycan — 9 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəhman Bayramov 2012-ci ildə  həqiqi hərbi xidmətə çağrılmış, xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. CəbrayılınFüzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Rəhman Bayramov 9 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Nəşi 28 dekabr 2020-ci ildə tapılaraq Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Реклама