Daily Archives: 06.08.2022

VƏTƏN MÜHARİBƏSİDƏ HƏLAK OLANLAR: VURĞUN HƏSƏNOV

Стандартный

Vurğun Ağası oğlu Həsənov (6 avqust 1995SiyəzənAzərbaycan — 21 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vurğun Həsənov 6 avqust 1995-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Siyəzən şəhər C.Cabbarlı adına 1 nörməli orta məktəbin rus bölməsində, Siyəzən şəhər 6 nömrəli və 5 nömrəli tam orta məktəblərdə orta təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Siyəzən quşçuluq fabrikində fəhlə olaraq çalışmışdır.

Vurğun Həsənov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissədə hərbi xidmət edirdi.

 Vurğun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir.  21 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində  həlak olmuşdur.

Реклама