Monthly Archives: Январь 2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GORANBOYLU YUSİF YUSİFOV

Стандартный

Yusif_Yusifov_(şəhid)

Yusif Oqtay oğlu Yusifov (31 yanvar 2002FəxralıGoranboy rayonu – 29 oktyabr 2020Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Yusif Yusifov 2002-ci il yanvarın 31-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2019-cu ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbi bitirmişdir. Subay idi.

2020-ci ilin may ayının 7-də həqiqi hərbi xidmətə yollanmış və hərbi xidmətini Füzuli rayonunda yerinə yetirməyə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Onun son döyüşü Zəngilan rayonunun azadlığı uğrunda olub. Yusif Yusifov oktyabrın 29-da Zəngilan uğrunda döyüşlər zamanı həlak olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn edilib. O, Goranboy rayonundan şəhid olan ən gənc əsgərdir.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GÖYÇAYLI RÜFƏT MAYILOV

Стандартный

Rüfət Mayılov

Rüfət Mayılov (tam adı: Rüfət Bəhram oğlu Mayılov; 31 yanvar 2001GöyçayAzərbaycan — 30 sentyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Rüfət Mayılov 2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Rüfət Mayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub. Rüfət Mayılov sentyabrın 30-da həlak olub. Göyçay rayonunda dəfn edilib

vikipediya.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OMANLAR: QAZAXLI TAHİR İSMAYILOV

Стандартный

Tahir_İsmayılov

Tahir Niyazi oğlu İsmayılov (30 yanvar 1988SofuluQazax rayonuAzərbaycan SSR — 25 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Tahir İsmayılov 1988-ci il yanvarın 30-da Qazax rayonunun Sofulu kəndində anadan olub.

1994-2003-cü illərdə kəndin M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyində, 2003-2006-cı illərdə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsil alıb.

Ailəli idi. İki oğlu yadigar qaldı.

Tahir İsmayılov 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində gizir kimi xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tahir İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayılXocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Tahir İsmayılov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı həlak olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAHİN ABDULLAYEV

Стандартный

Şahin_Allahyarov

Şahin Hüseynbala oğlu Allahyarov (29 yanvar 1993ŞamaxıAzərbaycan — 1 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Şahin Allahyarov 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub. 1995-ci ildən Quba rayonunda yaşayırdı. 1999-2010-cu illərdə Ə. Rüstəmov adına Zizi kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Oxsana adında bir qızı və 28.12.2020-ci il tarixində dünyaya gələn Şahin adından oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun baş giziri olan Şahin Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzulininCəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şahin Allahyarov noyabrın 1-də Şuşa döyüşləri zamanı həlak olub. Quba rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Allahyarova ölümündən sonra «Vətən Müharibəsi Qəhrəmanı» adı verildi.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏİD RƏŞİDZADƏ

Стандартный

Səid_Rəşidzadə

Səid Rəşidzadə (tam adı: Səid Nofəl oğlu Rəşidzadə; 28 yanvar 1990FüzuliAzərbaycan — 11 oktyabr 2020XocavəndAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. Onun atası — Nofəl Qasımov 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olub. Səid Rəşidzadə 1996-2007-cı illərdə Nərimanov rayonunda S. Yolçuyev adına 207 nömrəli tam orta məкtəbdə təhsil alıb. Ali təhsilini isə 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb. Subay idi.

Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Səid Rəşidzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə Polad Həşimovla çiyin-çiyinə vuruşub.

Səid Rəşidzadə bir neçə il əvvəl Azərbaycan Ordusundan təxris olunsa da, Tovuz döyüşləri zamanı Polad Həşimovun öldürülməsi ona çox pis təsir edib. Könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə yollanıb. Səid Rəşidzadə Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman həlak olub. Füzuli rayonunda dəfn edilib.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SALYANLI MAYOR MÜSEYİB ZEYNALOV

Стандартный

Müseyib_Zeynalov

Müseyib Saleh oğlu Zeynalov (27 yanvar 1978SalyanAzərbaycan — 6 noyabr 2020SalyanAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

Müseyib Zeynalov 1978-ci il yanvarın 27-də Salyan şəhərində anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Müseyib Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müseyib Zeynalov noyabrın 6-da Qubadlı döyüşləri zamanı həlak olub. Salyan şəhərində dəfn edilib.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN ABDULLAYEV

Стандартный

Nurlan_Abdullayev_(çavuş)

Nurlan Abdullayev (tam adı: Nurlan İnqilab oğlu Abdullayev; 26 yanvar 1992BeyləqanAzərbaycan — 30 sentyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, 2016-cı il Aprel döyüşləri iştirakçısı, Vətən müharibəsinin şəhidi.

Abdullayev Nurlan İnqilab oğlu 1992-ci il 26 yanvarda Beyləqan rayonunda anadan olub. 1999-cu ilde Beyləqan rayonu N.Allahverdiyev adına 1 nömrəli məktəbində 1ci sinifə getmişdir. 2010-cu il də həmin məktəbi bitirib.

Ailəli idi, 1 qız övladı var.

Nurlan Abdullayev 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti bitirdikdən sonra, 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda MAXE hərbi qulluqçu kimi ordu sıralarına qoşulmuşdur. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətindəki gedən döyüşlərdə iştirak edib.. Nurlan Abdullayev sentyabrın 30-da Füzuli rayonu Kənd Horadiz istiqamətində gedən döyüşlər zamanı həlak olub. Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.\

vikipediya

QARABAĞ İTKİNLƏRİ: FƏRHAD HAŞIMOV

Стандартный

Haşımov Fərhad (azərb. Haşımov Fərhad Ağasalah oğlu‎) — Qarabağ müharibəsinin iştirakçısı, şəhid.

Haşımov Fərhad Ağasalah oğlu 25 yanvar 1959-cu ildə Abşeron rayonu Digah qəsəbəsində anadan olub. 19661976-cı illərdə Digah qəsəbə tam orta məktəbində təhsil alıb. O, qarmon sinfi üzrə də 5 illik musiqi təhsili almışdır.


19781980-ci illərdə Ukraynanın Kiyev şəhərində hərbi xidmətdə olub. 1992-ci ilin may ayının əvvələrində könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. Milli Qəhrəman Koroğlu Rəhimovun komandirlik etdiyi dəstədə olmuş, BaşkəndMadagizGülüstanBuzluqÇartazErkəçMənəşli kəndlərini düşmən işğalından azad etmişdir. 1992-ci ildə iyul ayının 3-də Ağdərə uğrunda olan döyüşlərdə itkin düşmüşdür.
 
vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AZAD HÜMBƏTOV

Стандартный

Azad_Hümbətov

Azad Arif oğlu Hümbətov (24 yanvar 1996Bakı – 27 oktyabr 2020Laçın rayonu) — Azərbaycan hərbçisi, baş leytenantİkinci Qarabağ müharibəsinin şəhidi. «Vətən Müharibəsi Qəhrəmanı» (ölümündən sonra).

Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakıda doğulub.[1] Nərimanov rayonundakı Bakı şəhəri 291 №-li ekologiya liseyini bitirib.

2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuş, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlamışdır.

Azad Hümbətov peşəkarlığını artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsi almışdır.

Azad Hümbətov Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir.

Tank tağımı komandiri olan Azad Hümbətov öz həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib çıxarmış və dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxara bilmişdi.

Müharibənin yeni başladığı dövrdə o, komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralanır, tankı idarə edən mexanikinin daha ağır xəsarətlər aldığını gördükdə isə onu yaralı halda 25 km meşə ərazisində belində daşıyaraq 2 gündən sonra öz döyüş postlarına gətirib çıxara bilmişdi. Bundan sonra Azadı Beyləqanda hospitala müalicə üçün göndərirlər. O burada müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır.

27 oktyabr 2020-ci ildəLaçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 9 dekabr 2020-ci ildə Hümbətov Azad Arif oğluna (ölümündən sonra) «Vətən Müharibəsi Qəhrəmanı» adı verilmişdir.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BEYLƏQANLI VÜQAR MƏMMƏDOV

Стандартный

Vüqar_Məmmədov_(gizir)

Vüqar Məmmədov (tam adı: Vüqar Xaləddin oğlu Məmmədov, 23 yanvar 1990QəhrəmanlıBeyləqan – 20 oktyabr 2020Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Vüqar Məmmədov 23 yanvar 1990-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur.

Vüqar Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

vikipediya