Tahir Niyazi oğlu İsmayılov (30 yanvar 1988; Sofulu, Qazax rayonu, Azərbaycan SSR — 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.
Tahir İsmayılov 1988-ci il yanvarın 30-da Qazax rayonunun Sofulu kəndində anadan olub.
1994-2003-cü illərdə kəndin M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyində, 2003-2006-cı illərdə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsil alıb.
Ailəli idi. İki oğlu yadigar qaldı.
Tahir İsmayılov 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində gizir kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tahir İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Tahir İsmayılov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı həlak olub. Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.