Əli Əhmədov (tam adı: Əli İlqar oğlu Əhmədov; 5 yanvar 1993; Mingəçevir, Azərbaycan — 27 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Əli Əhmədov 1993-cü il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub.[1] Nişanlı idi. Qardaşı İslam Əhmədovda Vətən müharibəsində həlak olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əli Əhmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub.
Əli Əhmədov sentyabrın 27-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Для отправки комментария необходимо войти на сайт.