Kamran Seyfullazadə (tam adı: Kamran Cəlal oğlu Seyfullazadə; 14 yanvar 1999; Astara, Azərbaycan — 4 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Seyfullazadə Kamran Cəlal oğlu 14 yanvar 1999-cu ildə Astara rayonunda anadan olmuşdur. Orta təhsilini Astara şəhər F.Əliyarov adına 6 saylı orta məktəbdə almışdır.
N saylı hərbi hissədə hərbi xidmətini başa vurmuşdur. Kamran İyul hadisələri zamanı hərbi komisarlığa gedərək könüllü cəbhəyə döyüşə getmək üçün yazılı ərizəsi ilə müraciət etmişdir. Əks-hücum əməliyyatları başlayan ilk günlərdə Kamran könüllü cəbhəyə yollanır. Füzuli, Hadrut, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarmışdır. Döyüş yoldaşları Kamranın onlarla erməni başını kəsdiyindən danışıb.Sonda isə Şuşaya ilk daxil olan Xüsusi Təyinatlı Dəstənin könüllüsü olaraq Kamran 4 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. 5 noyabr 2020-ci ildə doğulduğu Astara rayonunda dəfn edilmişdir.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.