Haşımov Fərhad (azərb. Haşımov Fərhad Ağasalah oğlu) — Qarabağ müharibəsinin iştirakçısı, şəhid.
Haşımov Fərhad Ağasalah oğlu 25 yanvar 1959-cu ildə Abşeron rayonu Digah qəsəbəsində anadan olub. 1966—1976-cı illərdə Digah qəsəbə tam orta məktəbində təhsil alıb. O, qarmon sinfi üzrə də 5 illik musiqi təhsili almışdır.
1978—1980-ci illərdə Ukraynanın Kiyev şəhərində hərbi xidmətdə olub. 1992-ci ilin may ayının əvvələrində könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. Milli Qəhrəman Koroğlu Rəhimovun komandirlik etdiyi dəstədə olmuş, Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad etmişdir. 1992-ci ildə iyul ayının 3-də Ağdərə uğrunda olan döyüşlərdə itkin düşmüşdür.
vikipediya