Monthly Archives: Июнь 2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLİ EYVAZOV

Стандартный

Əli Eyvazov (tam adı: Əli Seyran oğlu Eyvazov; 30 iyun 2001GöyçayAzərbaycan — 14 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,

Əli Eyvazov 2001-ci il iyunun 30-da Göyçay şəhərində anadan olub.  Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Əli Eyvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Əli Eyvazov oktyabrın 14-də həlak olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARBƏSİNDƏ HƏLAK OLANLAR: MYOR TOĞRUL BARXUDAROV

Стандартный

Toğrul Məmməd oğlu Bərxudarov (30 iyun 1987GəncəAzərbaycan — 27 sentyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru,.

Toğrul Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun mayoru olan Toğrul Bərxudarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Toğrul Bərxudarov sentyabrın 30-da həlak olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HÜSEYN İSMAYILOV

Стандартный

Hüseyn Fərman oğlu İsmayılov (26 iyun 1996QayabaşıŞəki rayonuAzərbaycan SSR — 5 noyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Hüseyn İsmayılov 26 iyun 1996-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə alıb. Ailəli idi, 2 övladı yadigar qaldı.

2008-ci ildə hərbi xidmətə yollanan Hüseyn hərbi xidmət müddətində Aprel döyüşlərində də iştirak etmişdir. O, 21 yaşında, 2017-ci ildə MAHHXHQ əsgər olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Hüseyn İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. FüzulininCəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə ağır yara aldığına görə xəstəxanaya yerləşdirilsə də, 4 noyabr tarixində yenidən döyüş meydanına qayıtmışdır. 1 gün sonra 5 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN QULUZADƏ

Стандартный

Orxan Elxan oğlu Quluzadə (29 iyun 1994LənkəranAzərbaycan — 8 noyabr 2020Zəngilan rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri.

Orxan Quluzadə 1994-cü il iyunun 29-da Lənkəran şəhərində anadan olub.  2000-2011-ci illərdə S. Vurğun adına 4 nömrəli Humanitar Təmayüllü Liseydə təhsil alıb. Ailəli idi. Ayla adında bir qızı yadigar qaldı.

Orxan Quluzadə 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Orxan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Quluzadə noyabrın 8-də Zəngilan döyüşləri zamanı Şükürataz dağı istiqamətində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏALK OLANLAR: DOSTƏLİ MƏMMƏDOV

Стандартный

Dostəli Seymur oğlu Məmmədov (28 iyun 1998Suraxanı rayonuAzərbaycan — 18 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Dostəli Məmmədov 1998-ci il iyunun 28-də Suraxanı rayonunda anadan olub.  Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Dostəli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsininFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Dostəli Məmmədov oktyabrın 18-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELNUR AĞAƏHMƏDOV

Стандартный

Elnur Fəxrəddin oğlu Ağaəhmədov (28 iyun 1998Xızı rayonuAzərbaycan — 26 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Elnur Ağaəhmədov 1998-ci il iyunun 28-də Xızı rayonunun Sitalçay kəndində anadan olub.  2004-2015-ci illərdə C. Novruz adına Sitalçay kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elnur Ağaəhmədov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə «gizir» hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Ağaəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Ağaəhmədov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində həlak olub. Xızı rayonunun Sitalçay kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAQİB HÜSEYNOV

Стандартный

Raqib Adil oğlu Hüseynov (28 iyun 1993Şahbuz rayonuAzərbaycan — 29 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Raqib Hüseynov 1993-cü il iyun 28-də Şahbuz rayonunun Mərəlik kəndində anadan olub.  2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

Raqib Hüseynov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2015-2017-ci illərdə Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədə, 2017-2020-ci illərdə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə, 2020-ci ildən isə Naftalan şəhərində yerləşən «N» saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun baş leytenantı olan Raqib Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Raqib Hüseynov sentyabrın 29-da Talış istiqamətində zamanı həlak olub. Naxçıvan şəhərində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CƏSARƏT SƏFƏROV

Стандартный

Cəsarət Xaliq oğlu Səfərov (27 iyun 2001Suraxanı rayonuAzərbaycan — 4 noyabr 2020Laçın rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cəsarət Səfərov 2001-ci il iyunun 27-də Suraxanı rayonunda anadan olub. Onun əmisi oğlu — Şahmar Səfərov da Vətən müharibəsi şəhididir. Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Cəsarət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəsarət Səfərov noyabrın 4-də Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SABİR HEYDƏROV

Стандартный

Sabir Ceyhun oğlu Heydərov (27 iyun 1998ŞərədilŞamaxı rayonu – 3 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Sabir Heydərov 1998-ci il iyunun 27-də Şamaxı rayonunun Şərədil kəndində anadan olub. 2004-2015-ci illərdə Şamaxı şəhərində E. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Sabir Heydərov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə «gizir» hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Sabir Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sabir Heydərov oktyabrın 3-də Füzuli döyüşləri zamanı həlak olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR İLKİN ƏHƏDZADƏ

Стандартный

İlkin Qələmşah oğlu Əhədzadə (26 iyun 1985BakıAzərbaycan SSR — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

İlkin Əhədzadə 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

Azərbaycan Ordusunun mayoru olan İlkin Əhədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. İlkin Əhədzadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı həlak olub. II Şəhidlər Xiyabanında dəfn edilib.