Monthly Archives: Июнь 2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAXIŞ ƏSƏDOV

Стандартный

Baxış Sahib oğlu Əsədov (30 iyun 1999YüzbaşılıAğdam rayonuAzərbaycan — 27 sentyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Baxış Əsədov 2016-cı ildəhərbi xidmətə çağırılmışdır.  2017-ci ildən hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etmişdir. 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmiş və elə birinci gün həlak olmuşdur. Ağdam rayonunun Xındırıstan kəndində dəfn edilmişdir.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FİKRƏT MƏMMƏDOV

Стандартный

Fikrət Elşad oğlu Məmmədov (29 iyun 1997MüsüslüUcar rayonu – 16 oktyabr 2020Şuşa rayonu

2015-ci il iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb.  2017-ci ilin yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci il, sentyabrın 27-də Vətən Müharibəsi başlayır. Fikrət sentyabrın 29-da Ucar rayon hərbi komissarlığından birbaşa Füzuliyə yola düşür. Oktyabrın 31-də 31 nəfər döyüş yoldaşı ilə Şuşa istiqamətində düşmənlə döyüşə girir. Elə həmin döyüşdə də həlak olur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TEYMUR QASIMOV

Стандартный

Teymur Mikayıl oğlu Qasımov (d. 28 iyun 1996; GöyçayAzərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı həlak olub.

Teymur Qasımov 28 iyun 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.

Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə  doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salındı. 

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏQAN MƏMMƏDOV

Стандартный

Fəqan Vahid oğlu Məmmədov (27 iyun 1998Yeni SuvagilZaqatala rayonu — 6 oktyabr 2020Ağdam rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Şəhid Fəqan Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub.

2004-2015-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və Televiziya fakültəsinin «Kinoşünaslıq» ixtisası üzrə təhsil alıb. Nişanlı idi.

Fəqan Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.  2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 6-da Ağdam döyüşləri zamanı həlak olub. Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb.

VƏTƏN MHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HÜSEYN İSMAYILOV

Стандартный

Hüseyn Fərman oğlu İsmayılov (26 iyun 1996QayabaşıŞəki rayonuAzərbaycan — 5 noyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

2016-ci ildə hərbi xidmətə yollanan Hüseyn hərbi xidmət müddətində Aprel döyüşlərində də iştirak etmişdir. O, 21 yaşında, 2017-ci ildə MAHHXHQ əsgər olmuşdur.

Hüseyn İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  Döyüşlərdə ağır yara aldığına görə xəstəxanaya yerləşdirilsə də, 4 noyabr tarixində yenidən döyüş meydanına qayıtmışdır. 1 gün sonra 5 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAZİM ZAHİROV

Стандартный

Nazim Həmzə oğlu Zahirov (25 iyun 2001BakıxanovSabunçu rayonuBakıAzərbaycan — 1 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nazim Zahirov 25 iyun 2001-ci ildə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində anadan olmuşdur.  Orta təhsilini 20072018-ci illərdə 310 saylı orta məktəbdə almışdır. 2018-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə daxil olmuşdur. 2019-cu ildə həmin liseyi bitirmiş, həmin ilin 2 iyulunda hərbi xidmətə yollanmışdır. Goranboyda xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Nazim Zahirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  1 oktyabr 2020-ci ildə TalışSuqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CƏMİL NƏCƏFOV

Стандартный

Cəmil Nəcəf oğlu Nəcəfov (24 iyun 1993Bakı – 10 oktyabr 2020Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda anadan olub.19992007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almış v Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. 

Baş leytenant  Cəmil Nəcəfov 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  10 oktyabr 2020-ci ildə Cəbrayıla döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏFSUN HÜSEYNOV

Стандартный

Əfsun Mətləb oğlu Hüseynov (23 iyun 1999Sabirabad rayonu – 21 oktyabr 2020BalasoltanlıQubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Əfsun Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanır və Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini başa vurur. Hərbi xidmətdə olarkən atası Hüseynov Mətləb Zöhrab oğlu dünyasını dəyişir. Şəhidin atası Mətləb Hüseynov I Qarabağ müharibəsi könüllülərindən olmuşdur.

Əfsun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsinə okyabr ayının 1-də könüllü olaraq cəbhəyə gedib. FüzulininCəbrayılınQubadlının XanlıqBalasoltanlı kəndləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabr ayının 21-də Qubadlı rayonunun Balasoltanlı kəndində həlak olub. Düşmən qüvvələrini zərərsizləşdirən əsgərlərimiz şəhidin nəşini 14 gün sonra döyüş meydanından çıxara bilir. Şəhid Əfsun Hüseynov 5 noyabr tarixində Sabirabad rayonun Qarağac kəndindəki Şəhidlər Xiyabanında dəfn edilir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TEYMUR ƏZİZOV

Стандартный

Teymur Əli oğlu Əzizov (22 iyun 1987Sumqayıt – 6 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Teymur Əzizov 1987-ci il iyunun 22-də Sumqayıt şəhərində anadan olub.

Leytenant Teymur Əzizov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELŞƏN MUSAYEV

Стандартный

Elşən Hüseyn oğlu Musayev (21 iyun 1988AğsuAzərbaycan SSR — 30 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Elşən Musayev 1988-ci il iyunun 21-də Ağsu şəhərində anadan olub.  Ailəli idi. Ayşən və Dərya adında qızları, Hüseyn adında isə oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Musayev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdəiştirak edib. Oktyabrın 30-da həlak olub. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dəfn olunub.