Monthly Archives: Ноябрь 2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XƏYAL HƏSƏNOV

Стандартный

Xəyal Əliyulla oğlu Həsənov (30 noyabr 1998ŞabranAzərbaycan — 3 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Xəyal Həsənov 1998-ci il noyabrın 30-da Şabran şəhərində anadan olub. Subay idi.

Xəyal Həsənov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BƏHRUZ İSGƏNDƏROV

Стандартный

Bəhruz Abbas oğlu İsgəndərov (29 noyabr 1986Kirovabad – 29 oktyabr 2020Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Bəhruz İsgəndərov 1986-cı il noyabrın 29-da Gəncə şəhərində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.

Kiçik çavuş Bəhruz İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınQubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Bəhruz İsgəndərov oktyabrın 29-da Laçın döyüşləri zamanı həlak olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QƏHRƏMAN NƏSİROV

Стандартный

Qəhrəman Fərman oğlu Nəsirov (28 noyabr 2000Bryansk, Rusiya — 10 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TACƏDDİN ABIŞOV

Стандартный

Tacəddin Elşən oğlu Abışov (27 noyabr 2001İmişliAzərbaycan — 9 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.

Tacəddin Abışov 2001-ci il noyabrın 27-də İmişli şəhərində anadan olub. Subay idi.

Tacəddin Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Ağdərə istiqamətində həlak olub. İmişli şəhərində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BABƏK MAHMUDLU

Стандартный

Babək Süleyman oğlu Mahmudlu (27 noyabr 1995Biləsuvar – 1 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu.

Babək Mahmudlu 1995-ci ilin noyabrın 27-dəBiləsuvar şəhərində anadan olmuşdur. 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır.

Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Manqa komandiri Babək Mahmudlu «İstiqlal» snayper kursunu da müvəffəqiyyətlə başa vurmuşdur. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respubliasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir.

27 sentyabr tarixindən torpaqlarımızın işğaldan azad olunması uğurunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu ZəngilanaQubadlıyadək uzanır.  Babək Mahmudlu Şuşa uğrunda gedən döyüşlərdə həlak olmuşdur. 1 noyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar şəhərində torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAMİR SARIYEV

Стандартный

Samir Əli oğlu Sarıyev (26 noyabr 1993Əli-Bayramlı – 27 oktyabr 2020AlxanlıFüzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri

Samir Sarıyev 26 noyabr 1993-cü ildə Şirvan şəhərində Əli Sarıyevin ailəsində anadan olmuşdur. Əslən Zəngilan rayonunun Malatkeşin kəndindəndir. 1999-2009-cu illərdə Laçın rayon 9 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.

Samir Sarıyev 2012-ci ildə  hərbi xidmətə çağırılmışdır.  2013-cü ildə hərbi xidmətdən tərxis olunmuş və mülki fəaliyyətə davam etmişdir.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Samir Sarıyev da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.

 Samir Sarıyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməs üçün başlanan Vətən müharibəsində  CəbrayılınXocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Samir Sarıyev 27 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində həlak olmuşdur. Bir müddət itkin elan edilmiş və axtarılmış Samir Sarıyevin nəşi 15 noyabr 2020-ci ildə tapılmış və Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ASƏF MAŞIYEV

Стандартный

Asəf Volodya oğlu Maşıyev (26 noyabr 1982Samux rayonu – 30 sentyabr 2020Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi.

Asəf Maşıyev 1982-ci il noyabrın 26-da Samux rayonunun Füzuli kəndində anadan olub.

Mayor Asəf Maşıyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da itgin düşüb. 70 gündən sonra onun nəşi tapılıb və dəfn olunub.

VƏTƏN MÜHARİBƏİNDƏ HƏLAK OLANLAR: ELÇİN MANSUROV

Стандартный

Elçin Elşən oğlu Mansurov (25 noyabr 1984Binə – 27 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Elçin Mansurov 1984-cü il noyabrın 25-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən «Aviaşəhərcik» adlanan aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olub.  Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən idi.

Elçin Mansurov ilk təhsilini əvvəlcə Binə qəsəbəsində yerləşən 149 nömrəli orta məktəbdə alıb. Ailə vəziyyəti ilə əlaqədar olaraq Yasamal rayonuna köçən Elçin Mansurov burada 286 nömrəli orta məktəbi təhsilini davam etdirib. 8-ci sinifdən sonra Yardımlı rayonunun Kürəkçi kənd məktəbində təhsil alan Elçin Mansurov orta təhsilini bu məktəbdə başa vurub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Şəhid baş leytenant Fərid Əhmədov ilə kursant yoldaşı olub. 2007-ci ildə ali hərbi məktəbi nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib.

Elçin Mansurov hərbi xidmət zamanı

Elçin Mansurov təkmilləşdirmə kursunu keçdikdən sonra 2007-ci ilin iyul ayında Tovuzda yerləşən «N» saylı hərbi hissədə leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. 2009-cu ildə Goranboyda yerləşən «N» saylı hərbi hissədə kəşfiyyatçı zabit olaraq xidmət edib. 13 illik hərbi xidmət müddətində TovuzMurovdağ və Füzulidə yerləşən «N» saylı hərbi hissədə xidmət edib. Xidməti zamanı kəşfiyyatçı vəzifəsində olub.edilib.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və CəbrayılFüzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Elçin Mansurov döyüşlərdə yaxından savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun «yenilməz Ohanyan xətti» olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Həmin döyüşlərdən 2 il sonra Elçin Mansurov II dərəcəli «Qüsursuz xidmətə görə» medalı ilə təltif edildi. Elçin Mansurova 2020-ci ilin yay aylarında mayor rütbəsi verilib.

Elçin Mansurov 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə «Burğa dərəsi» adlanan ərazidə qarşı tərəfin ikinci eşelonu yarılan zaman snayper gülləsinin dəyməsi nəticəsində həlak oldu.  Uzun müddət tapılmayan nəşi birinci atəşkəs günü, yəni, 10 oktyabr 2020-ci ildə Kənd Horadiz yaşayış məntəqəsi ətrafında tapıldı və ertəsi gün II Şəhidlər Xiyabanında torpağa tapşırıldı

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN ZEYNALOV

Стандартный

Nurlan Rəfail oğlu Zeynalov (25 noyabr 1989SabirabadAzərbaycan SSR — 9 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi.

Nurlan Zeynalov 1989-cu il noyabrın 25-də Sabirabad şəhərində anadan olub.

Leytenant  Nurlan Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da həlak olub. Sabirabad şəhərində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VADİM ƏLƏSGƏROV

Стандартный

Vadim Ağaba oğlu Ələsgərov (24 noyabr 1993Qusar rayonuAzərbaycan — 8 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Vadim Ələsgərov 1993-cü il noyabrın 24-də Qusar rayonunun Urva kəndində anadan olub.

Kiçik çavuş  Vadim Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də həlak olub. Qusar rayonunun Urva kəndində dəfn edilib.