Daily Archives: 03.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İSMAYIL KƏRİMOV

Стандартный

İsmayıl Abbas oğlu Kərimov (3 noyabr 1990TüntülQəbələ rayonuAzərbaycan — 6 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İsmayıl Kərimov 3 noyabr 1990-cı ildə Qəbələ rayonunun Tüntül kəndində Abbas Kərimovun ailəsində anadan olmuşdur. 1997-2008-ci illərdə İlham Abdulkərimov adına Qəbələ rayon Nohurqışlaq kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı.

İsmayıl Kərimov 2009-cu ildə  hərbi xidmətə çağırılmışdır.  2010-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. İsmayıl Kərimov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.

 İsmayıl Kərimov 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir.  6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.

Реклама