Daily Archives: 12.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ROYAL MİSİL OĞLU MƏMMƏDOV

Стандартный

Röyal Misil oğlu Məmmədov (12 noyabr 1990; KürdəmicŞamaxıAzərbaycan — 24 oktyabr 2020; QubadlıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Röyal Məmmədov 12 noyabr 1990-cı ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. 1997-ci ildə Şirvan şəhər 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2006-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib. Təhsilini Şirvan Peşə Liseyində davam etdirib, 2009-cu ildə Peşə Liseyini Radioteleviziya aparatlarının (videotexnikanın) təmiri və xidməti üzrə mexanik ixtisası ilə bitirib.  2009-cu ilin martın 30-da anası uzun sürən xəstəlikdən vəfat edib. 2009-2010-cu illərdə hərbi xidmətdə olub.

2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Röyal Məmmədov Füzuli, Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 24 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə həlak olub. Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Реклама