Daily Archives: 01.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏNAN ABDULLAYEV

Стандартный

Sənan Abdullayev (tam adı: Sənan Şahin oğlu Abdullayev; 1 noyabr 1998BakıAzərbaycan — 5 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sənan Abdullayev 1998-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. 2005-2016-cı illərdə M. Məmmədov adına 37 nömrəli tam orta məktəbində təhsil alıb. İdmanın güləş növü ilə məşğul olub,  Hərbi xidmətini başa vurduqdan sonra əvvəlcə Azersun Holdinqin «Bazarstore» mağazasında, daha sonra isə bir sıra Kitab Evlərində çalışıb. Subay idi.

Sənan Abdullayev 2017-2018-ci illərdə əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin «N» saylı hərbi hissəsinin kəşfiyya briqadasıda, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olub.

Sənan Abdullayev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 30-da döyüşlərə yollanıbFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Ooktyabrın 5-də snayper gülləsi nəticəsində Füzuli döyüşləri zamanıhəlak olub.Nəşi doğum günündə, noyabrın 1-də tapılıb. Noyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunub.

Реклама