Daily Archives: 24.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VADİM ƏLƏSGƏROV

Стандартный

Vadim Ağaba oğlu Ələsgərov (24 noyabr 1993Qusar rayonuAzərbaycan — 8 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Vadim Ələsgərov 1993-cü il noyabrın 24-də Qusar rayonunun Urva kəndində anadan olub.

Kiçik çavuş  Vadim Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də həlak olub. Qusar rayonunun Urva kəndində dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLƏS RÜSTƏMOV

Стандартный

Ələs Rüstəmov (tam adı: Ələs Vidadi oğlu Rüstəmov; 24 noyabr 1998DəliməmmədliGoranboy rayonuAzərbaycan — 2 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri.

Ələs Rüstəmov 1998-ci il noyabrın 24-ü Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbini bitirmişdir. Subay idi.

Ələs Rüstəmov 20162017-ci illərdə Bakıda hərbi xidmət keçmiş, 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətdən keçən hərbi qulluqçu olmuşdur. 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin ələ keçirilməsində iştirak etmişdir. 2020-ci il oktyabrın 2-si həlak olmuş, doğulduğu tarixdə — noyabrın 24-ü dəfn edilmişdir.