Şəhriyar Vəzir oğlu Qasımov (7 noyabr 1995, Hüseynbəyli, Bərdə rayonu – 26 oktyabr 2020, Qubadlı rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Şəhriyar Qasımov 7 noyabr 1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Bərdə rayonu Musa Vəliyev adına Böyük Qacar kənd orta məktəbində və Bakı şəhər Binəqədi rayonu Şəhid Rövşən İmanov adına 205 saylı orta məktəbdə təhsil almışdır. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Binəqədi rayonu filialında çalışıb.
2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətə Tovuz rayonunda yerləşən hərbi hissələrdən birində başlamışdır. Xidmət dövründə fərqləndiyinə görə ona kiçik çavuş rütbəsi verilmişdir. 2015-ci ildə hərbi xidmətini uğurla başa vurmuşdur.
Şəhriyar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanıFüzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 26-da Qubadlı döyüşləri zamanı qəhrəmancasına həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.