Daily Archives: 18.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ARAZ MƏMMƏDOV

Стандартный

Araz Telman oğlu Məmmədov (18 noyabr 1980Şamxor – 28 sentyabr 2020Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Araz Məmmədov 1980-ci il noyabrın 18-də Şəmkir şəhərində anadan olub. 1986-1996-cə illərdə Şəmkir şəhərində N. Nərimanov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Araz Məmmədov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Çavuş Araz Məmmədov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə işttirak edib.. Sentyabrın 28-də Murovdağ döyüşləri zamanı həlak olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR XƏYAL MƏMMƏDOV

Стандартный

Xəyal Ağabəy oğlu Məmmədov (18 noyabr 1986ŞəkiAzərbaycan SSR — 20 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Mayor Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınHadrut qəsəbəsininFüzulininZəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabrın 20-də Qubadlı döyüşləri zamanı snayper atəşi nəticəsində həlak olub. Şəki şəhərində dəfn edilib.