Daily Archives: 21.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İLQAR BAXIŞOV

Стандартный

İlqar Adışirin oğlu Baxışov (21 noyabr 2000HoradizAzərbaycan – 15 oktyabr 2020SuqovuşanAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İlqar Baxışov 21 noyabr 2000-ci ildə Horadiz şəhərində anadan olmuşdur. 2007-ci ildə Horadiz şəhəri 2 nömrəli tam orta məktəbin 1-ci sinifə getmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. İlqar davanışı ilə, hərəkətləri ilə yoldaşlarına nümunə olmuşdur.

2019-cu ilin iyul ayında  həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Tərtər rayonunda aparmışdır və rayonun Suqovuşan kəndinin işğalçılardan azad olunması zamanı 15.10.2020-ci il tarixdə həlak olmuşdur. Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HAFİZ ABDURRƏHMANOV

Стандартный

Hafiz Xalid oğlu Abdurrəhmanov (21 noyabr 1989Şəmkir rayonuAzərbaycan — 2 noyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Hafiz Abdurrəhmanov 1989-cu il noyabrın 21-də Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub.

1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən S. Rüstəmov adına tam orta məktəbində 1-ci sinifə getmiş, 2005-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2008-ci ildə Cəmşid Naxçıvanski adına hərbi  liseyi bitirmişdir. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2012-ci ildə Ali Hərbi məktəbi leytenant rütbəsi ilə bitirmişdir. 2012-2013-cü illərdə Texniki Təlim Mərkəzində təhsil almışdır.

2013-cü ildən Sumqayıt şəhərində yerləşən  hərbi hissədə xidmətə başlamışdır. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşənhərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır. 2015-ci ildə həmin hərbi hissədə xidməti dövründə baş leytenant rütbəsini almışdır.

2015-ci ilin payızından etibarən Bakı şəhərində yerləşən  hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir.

2019-cu ilin payızından etibarən Tərtər rayonunda yerləşən ı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir.

2020-ci ilin 26 iyun tarixində kapitan hərbi rütbəsini almışdır.

Kapitan  Hafiz Abdurrəhmanov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 2-də Ağdərə döyüşləri zamanı həlak olub. Şəmkir rayonunda dəfn edilib.