Daily Archives: 08.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN AĞA OĞLU MUSTAFAYEV

Стандартный

Nurlan Ağa oğlu Mustafayev (8 noyabr 1991Bakı – 14 oktyabr 2020HadrutXocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nurlan Mustafayev 8 noyabr 1991-ci ildə Bakıda anadan olub. Yasamal rayonu 286 saylı orta məktəbdə oxuyub. 2009-cu ildə orta məktəbi bitirdikdən sonra əsgərliyə gedir. 2011-ci ildə əsgərliyi başa vurduqdan sonra kombi quraşdırma işində çalışır.

2-ci Qarabağ Müharibəsi başlayanda o da könüllü olaraq döyüşlərə qatılır. Onun xidmət etdiyi bölük Hadrut istiqamətində 4 gecə yol gedirlər və Hadrutda «Yüksək təpə» deyilən yerə çatırlar. Oktyabrın 14-ü günorta saat 3 radələrində qəfildən pusquya düşürlər və Nurlan komandiri ilə birgə həlak olur.  Oktyabrın 20-si Nurlanın nəşini yaşadığı ünvana  gətirirlər. Oktyabrın 21-i II Fəxri Xiyabanda dəfn olunur.

Реклама