Daily Archives: 17.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HƏMİD ABBASBƏYLİ

Стандартный

Həmid Cavanşir oğlu Abbasbəyli (17 noyabr 1991BinəqədiKirov rayonu – 20 oktyabr 2020Qırmızı BazarAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş 2013-cü ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca 2013–2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində davam etdirmişdir.

2016–2017-ci illərdə Türkiyə Respublikasında, 2017–2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir.

Ali təhsilini başa vurduqdan sonra Abbasbəyli Həmid cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri olaraq hərbi xidmətə başlamışdır. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirmişdir.

Baş leytenant Həmid Abbasbəyli 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınXocavəndinHadrut qəsəbəsininFüzulinin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-dan 20-nə keçən gecə Laçın dəhlizinə nəzarət edən yüksəkliklər uğrunda gedən döyüşlərdə Xocavənd rayonunda Qırmızı Bazar qəsəbəsi ərazisində qəhrəmancasına həlak olmuşdur.

II Fəxri Xiyabanda dəfn edilib.

Реклама