Azər Kamil oğlu Tağıyev (20 dekabr 1999, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Azər Tağıyev 1999-cu il dekabrın 20-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Subay idi.
Azər Tağıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azər Tağıyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da həlak olub. Kəngərli rayonunda dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.