
Zaur Kamal oğlu Mədətov (16 noyabr 1999; Sumqayıt, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə qəbul olub. Daha sonra təhsilini Nizami rayonunun 277 nömrəli tam orta məktəbində davam edib və 2017-ci ildə təhsilini bitirib. İdmanın cüdo növü ilə məşğul olub. Subay idi.
Zaur Mədətov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra SHXÇDX-yə müraciət edib və 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 8-də Füzuli döyüşləri zamanı həlak olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.