Monthly Archives: Июль 2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN ƏLİYEV

Стандартный

Elvin Famil oğlu Əliyev (31 iyul 2000; SərxanŞəmkir rayonu — 6 oktyabr 2020; Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elvin Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 6-da Füzuli döyüşləri zamanı həlak olub. Şəmkir rayonunun Sərxan kəndində dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAHSUN BAĞIRZADƏ

Стандартный

Mahsun Zahir oğlu Bağırzadə (30 iyul 1998XanbulanLənkəran rayonuAzərbaycan — 21 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mahsun Bağırzadə 30 iyul 1998-ci ildə Lənkəran rayonunun Xanbulan kəndində anadan olmuşdur.  2014-cü ildə məktəbi bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra AMEA Lənkəran Regional Elmi Mərkəzində işləmişdir. Subay idi.

Mahsun Bağırzadə 30 iyul 2016-cı ildə  Hərbi Komissarlığı hərbi xidmətə çağırılmışdır. Ağdam rayonundaAzərbaycanErmənistan təmas xəttində yerləşən «N» saylı hərbi hissədə xidmət etmişdir. 10 yanvar 2018-ci ildə hərbi xidmətdən təxris olunaraq mülki fəaliyyətə davam etmişdir.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Mahsun Bağırzadə səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.

 Mahsun Bağırzad 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində  atıcı olaraq iştirak etmişdir.  21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. , 4 noyabrda  doğulduğu  Xanbulan kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZAUR İSMAYILZADƏ

Стандартный

Zaur Nizami oğlu İsmayılzadə (29 iyul 1995İstisuLənkəran rayonuAzərbaycan — 7 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Zaur İsmayılzadə 2013-2015-ci illərdə  müddətli həqiqi hərbi xidmət etmişdir. 2015-2017-cı illərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında «gizir» rütbəsi ilə xidmətini davam etmişdir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və CəbrayılFüzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır.  Zaur İsmayılzadə döyüş gedişatında ağır yaralanmışdır və səhhətində problemlər yarandığı üçün 2017-ci ildə ordudan tərxis olunmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Zaur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq sentyabrın 29-dan iştirak etmişdir.  Oktyabrın 7-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Lənkəran rayonunda dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURAN MİRZƏYEV

Стандартный

Nuran Mirzəyev (azərb. Nuran Akif oğlu Mirzəyev‎; d. 27 iyul 1999DağlıQuba rayonu — ö. 19 oktyabr 2020Qubadlı rayonu)

Mirzəyev Nuran Akif oğlu 27 iyul 1999-cu ildə Quba rayonunun Dağlı kəndində ləzgi ailəsində anadan olub. 20052014-cü illərdə Qımıl kənd ümumi orta məktəbində təhsil alıb. Təhsilini davam etdirərək 2014-cü ildə Quba Peşə Liseyinə daxil olub. 2017-ci ildə Quba Peşə Liseyini bitirərək Rabitə, elektrik mantyoru, sürücü ixtisaslarına yiyələnib. 20172019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Subay idi.

Nuran Mirzəyev 29 sentyabr 2020-ci ildən Vətən Müharibəsində iştirak edib. 19 oktyabr 2020-ci ildə həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏNAN MƏMMƏDOV

Стандартный

Sənan Tehran oğlu Məmmədov (27 iyul 2000Göyçay rayonu – 21 oktyabr 2020Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sənan Məmmədov 2002-ci il iyulun 27-də Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə  həlak olub. Göyçay rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RASİM RAMAZANOV

Стандартный

Rasim İsmayıl oğlu Ramazanov (26 iyul 1998Babək rayonuAzərbaycan — 19 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

ON SƏKKİZ YAŞLI ƏSGƏR VÜSAL NOVRUZ OĞLU ALLAHVERDİYEVİN XATİRƏSİNƏ

Стандартный

Kişi yox idimi Azərbaycanda? —

Yəni pəzəvənglər, ayı kimilər,

Əjdaha kimilər sənin yanında.

Öyünən, döşünə döyən kişiilər.

 —

On səkkiz yaşlıydın, sən bir uşaqdın,
Hələ tütün, içki tez sayılandı.

Barıt qoxuladın, qurğuşun uddun —

Kimdi bu neməti sənə daddıran?

 —

Uşaqdın, ikicə ayın əsgəri,
Nə təlim görərdin iki ayda sən?

Göstərin mənə o mazəfakəri

Kimdi uşaqları qətlə göndərən?

 —

Təmiz qanın axan ərazilərdə,
Lotular toplaşıb niqt deyirlər.

Kabab tüstülənir quzu ətindən,

Qanı qurumamış basıb yeyirər…

 —

Ürəyini yeyər, ovunmaz anan,

Ən istəkli yeri – qəbrinin üstü.

Gedib məsum, sütül balası qurban,

Namərdi ananın qarğışı tutsun…

25.07. 2022, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: 18 YAŞLI VÜSAL ALLAHVERDİYEV

Стандартный

Vüsal Novruz oğlu Allahverdiyev (25 iyul 2002QarayeriSamux rayonu – 6 noyabr 2020Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orta məktəbi bitirdikdən sonra Vüsal Allahverdiyev 2020-ci ilin iyul ayının sonlarında hərbi xidmətə yollanmışdır.

Vüsal Allahverdiyev 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. O, 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAHİL RƏSULOV

Стандартный

Sahil Sərvan oğlu Rəsulov (24 iyul 1999SəfikürdGoranboy rayonuAzərbaycan — 11 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sahil Rəsulov 24 iyul 1999-cu ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur.  2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli, 2020-ci ilin yayından  müddətdən artıq xidmət edirdi.

Sahil Rəsulov 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 11 oktyabr 2020-ci ildə Goranboy rayonunun Səfikürd kəndində dəfn edilmişdir.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAİL ABAKAROV

Стандартный

Nail Müzəffər oğlu Abakarov (24 iyul 2001Kazan – 2 oktyabr 2020AğdərəTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub.  2009-2011-ci illərdə Kazan şəhərində 79 saylı İnternat Liseyində, 2011-2018-ci illərdə Zaqatala şəhərində İnternat Liseyində, 2018-2020-ci illərdə isə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Nail Abakarov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və  üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı həlak olub. Zaqatala rayonunda dəfn edilib.