
Vüsal Zahir oğlu Şükürov (14 noyabr 1995; Şahmalılar, Ağcabədi rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Vüsal Şükürov 14 noyabr 1995-ci ildə Ağcabədi rayonunun Şahmalılar kəndində anadan olmuşdur. 2002-ci ildə Ağcabədi rayon Şahmalılar kənd tam orta məktəbində, 2003-2010-cu illərdə Bakı şəhər Ə. Məmmədov adına 76 saylı tam orta məktəbdə oxumuş, 2015-ci ilə qədər Bakı İdarəetmə və Texnologiya Kollecində “Yol hərəkətinin təşkili” ixtisası üzrə subbakalavr təhsili almışdır. Subay idi.
Vüsal Şükürov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tankçı kimi qulluq etmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.